aliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 782-VIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 782-VIQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci, 1.1.9-cu, 5.1-ci, 5.3-cü (hər iki halda) maddələrində, 5.6-cı maddəsinin birinci və ikinci cümlələrində, 5.8-ci, 7.1-ci maddələrində, 7.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 7.3-cü maddəsində, 7.4-cü maddəsinin birinci cümləsində, 8.1-ci, 8.2-ci maddələrində, 8.4-cü maddəsinin birinci cümləsində, 9.1-ci, 9.3-cü maddələrində, 10.2-ci və 10.3-cü maddələrinin birinci və ikinci cümlələrində, 10.5-ci, 10.6-cı, 10.8-ci maddələrində, 11.1-ci maddəsinin birinci cümləsində (hər iki halda), 11.1.5.3-cü, 11.2-ci maddələrində, 11.3-cü maddəsinin ikinci cümləsində, 12.1-ci maddəsinin birinci cümləsində (hər iki halda), 12.2-ci, 12.3-cü maddələrində, 12.4-cü maddəsinin birinci cümləsində, 12.6-cı, 12.8-ci (hər iki halda) maddələrində, 12.9-cu maddəsinin birinci və ikinci cümlələrində, 12.10-cu (hər iki halda), 12.11-ci və 12.12-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 1.1.1-ci, 5.3-cü (birinci halda) və 5.8-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 1.1.9-cu, 5.1-ci maddələrində, 5.6-cı maddəsinin birinci və ikinci cümlələrində, 7.1-ci maddəsində, 7.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 7.3-cü maddəsində, 7.4-cü maddəsinin birinci cümləsində, 8.1-ci, 8.2-ci maddələrində, 8.4-cü maddəsinin birinci cümləsində, 9.1-ci, 9.3-cü maddələrində, 10.2-ci və 10.3-cü maddələrinin birinci və ikinci cümlələrində, 10.5-ci, 10.6-cı, 10.8-ci maddələrində, 11.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 11.1.5.3-cü maddəsində, 11.3-cü maddəsinin ikinci cümləsində, 12.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 12.8-ci maddəsində (ikinci halda), 12.9-cu maddəsinin birinci və ikinci cümlələrində, 12.10-cu (ikinci halda), 12.11-ci və 12.12-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur;
1.4. həmin Qanunun 5.3-cü maddəsində (ikinci halda), 11.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 11.2-ci maddəsində, 12.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 12.2-ci, 12.3-cü maddələrində, 12.4-cü maddəsinin birinci cümləsində, 12.6-cı, 12.8-ci (birinci halda) və 12.10-cu (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 7.2-ci maddəsinin birinci cümləsində “orqanlar (qurumlar)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. bir ay müddətində:
2.2.1. həmin Qanunun 5.3-cü maddəsinə uyğun olaraq, terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumları müəyyən edən qətnamələrin siyahısını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2.2. həmin Qanunun 5.8-ci maddəsinə uyğun olaraq, fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti iki ay müddətində “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.9-cu maddəsində nəzərdə tutulmuş hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatının yaradılmasını və fəaliyyətini təmin etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 782-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün lazımi tədbirlər görsün.
5. Bu Fərmanın 1-ci hissəsi 2023-cü il fevralın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 yanvar 2023-cü il
1 Fevral 2023, 08:025 Oktyabr 2016, 09:10
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə ətraflı...
5 Oktyabr 2016, 09:10
“Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Oktyabr 2016, 09:10
Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
5 Oktyabr 2016, 09:10
Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında ətraflı...
5 Oktyabr 2016, 09:10
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatı arasında turizm əməkdaşlığı sahəsində İcra Proqramının (2016-2019) təsdiq edilməsi haqqında ətraflı...
5 Oktyabr 2016, 09:10
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolunun təsdiq edilməsi barədə ətraflı...
5 Oktyabr 2016, 09:10
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ukraynanın Dövlət Fiskal Xidməti arasında malların hava nəqliyyatı ilə daşınmasına dair gömrük hüquqpozmaları ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokolun təsdiq edilməsi barədə ətraflı...
5 Oktyabr 2016, 09:10
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Ukraynanın Mədəniyyət Nazirliyi arasında 2016-2020-ci illər üzrə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair Proqramın təsdiq edilməsi haqqında ətraflı...
5 Oktyabr 2016, 09:10
Yetkinlik yaşına çatmayanların öz daimi yaşadıqları dövlətlərə qaytarılması məsələlərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlığı haqqında 2002-ci il 7 oktyabr tarixli Sazişə dair İcra Protokolunun təsdiq edilməsi haqqında ətraflı...
5 Oktyabr 2016, 09:10
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 57-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 yanvar tarixli 739 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...