AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
 QƏRAR № 1
 Bakı şəhəri, 31 yanvar 2023-cü il
 İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə
 
 
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. Müntəzəm şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri təsdiq edilsin (əlavə olunur ).
 
2. Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 40 qəpik təsdiq edilsin.
 
3. Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik təsdiq edilsin.
 
4. Bakı-Sumqayıt avtobus marşrutunda sərnişindaşıma xidməti üzrə tarif Bakı şəhərindən Sumqayıt şəhərinə qədər olan məsafəni əhatə edir və Sumqayıt şəhərinin daxili marşrutları üzrə hərəkət davam etdikdə, həmin tarifə müntəzəm şəhərdaxili avtobus marşrutları üçün təsdiq olunan tarif əlavə edilsin. 
 
5. Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,0 qəpik təsdiq edilsin.
 
6. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının ”İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə” 2018-ci il 30 iyul tarixli 7 nömrəli Qərarı ləğv edilsin.
 
7. Bu Qərar 2023-cü il 3 fevral tarixindən qüvvəyə minir.
 
 
Azərbaycan Respublikası
 
Tarif (qiymət) Şurasının sədri                       Mikayıl Cabbarov
 
31 Yanvar 2023, 16:01

http://www.tariffcouncil.gov.az

8421—8430 / 10511

18 May 2015, 09:05

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI   ətraflı...

18 May 2015, 09:05

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

18 May 2015, 09:05

“Azərbaycan Respublikasında keçirilən seçkilərdə namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti vəəmlakları barədə məlumatların təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsinə dair   ətraflı...

18 May 2015, 09:05

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları”na dəyişikliklər edilməsinə dair   ətraflı...

18 May 2015, 09:05

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat”a dəyişiklik edilməsinə dair   ətraflı...

18 May 2015, 09:05

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların öz təşəbbüsü ilə deputatlığa namizədliyinin irəli sürülməsi, seçicilərin təşəbbüs qruplarının yaradılması və onlar tərəfindən deputatlığa namizədin irəli sürülməsi qaydaları haqqında Təlimat”a dəyişiklik edilməsinə dair   ətraflı...

18 May 2015, 09:05

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında   ətraflı...

18 May 2015, 09:05

“Siyasi partiyalar tərəfindən təqdim edilmiş illik maliyyə hesabatlarının qəbul olunması və nəzərdən keçirilərək ictimailəşdirilməsi qaydalarına dair Təlimat”ın təsdiq edilməsi barədə   ətraflı...

18 May 2015, 09:05

Mərkəzi Seçki Komissiyasının 7 aprel 2015-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

13 May 2015, 08:05

T.T.Salahova Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının verilməsi haqqında   ətraflı...