AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
 QƏRAR № 1
 Bakı şəhəri, 31 yanvar 2023-cü il
 İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə
 
 
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. Müntəzəm şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri təsdiq edilsin (əlavə olunur ).
 
2. Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 40 qəpik təsdiq edilsin.
 
3. Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik təsdiq edilsin.
 
4. Bakı-Sumqayıt avtobus marşrutunda sərnişindaşıma xidməti üzrə tarif Bakı şəhərindən Sumqayıt şəhərinə qədər olan məsafəni əhatə edir və Sumqayıt şəhərinin daxili marşrutları üzrə hərəkət davam etdikdə, həmin tarifə müntəzəm şəhərdaxili avtobus marşrutları üçün təsdiq olunan tarif əlavə edilsin. 
 
5. Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,0 qəpik təsdiq edilsin.
 
6. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının ”İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə” 2018-ci il 30 iyul tarixli 7 nömrəli Qərarı ləğv edilsin.
 
7. Bu Qərar 2023-cü il 3 fevral tarixindən qüvvəyə minir.
 
 
Azərbaycan Respublikası
 
Tarif (qiymət) Şurasının sədri                       Mikayıl Cabbarov
 
31 Yanvar 2023, 16:01

http://www.tariffcouncil.gov.az

10041—10050 / 10511

15 May 2014, 09:05

“Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında   ətraflı...

13 May 2014, 13:05

H.İ.Abutalıbovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

12 May 2014, 17:05

A.M.Tuleyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

12 May 2014, 09:05

Heydər Əliyev Fondu əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

12 May 2014, 09:05

Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında   ətraflı...

8 May 2014, 09:05

M.S.Məmmədovun Tərtər rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında   ətraflı...

8 May 2014, 09:05

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında   ətraflı...

8 May 2014, 09:05

Ş.N.Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

8 May 2014, 09:05

Mireya Aquero de Korralesin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

6 May 2014, 17:05

"Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə   ətraflı...