“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında taunun sərhədyanı təbii ocaqları olan ərazilərdə epidemioloji salamatlığın təmin olunması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında taunun sərhədyanı təbii ocaqları olan ərazilərdə epidemioloji salamatlığın təmin olunması haqqında Saziş” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 yanvar 2023-cü il

25 Yanvar 2023, 08:01

http://www.azertag.az

10041—10050 / 10511

15 May 2014, 09:05

“Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında   ətraflı...

13 May 2014, 13:05

H.İ.Abutalıbovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

12 May 2014, 17:05

A.M.Tuleyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

12 May 2014, 09:05

Heydər Əliyev Fondu əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

12 May 2014, 09:05

Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında   ətraflı...

8 May 2014, 09:05

M.S.Məmmədovun Tərtər rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında   ətraflı...

8 May 2014, 09:05

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında   ətraflı...

8 May 2014, 09:05

Ş.N.Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

8 May 2014, 09:05

Mireya Aquero de Korralesin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

6 May 2014, 17:05

"Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə   ətraflı...