Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 14-cü və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17, № 5, maddə 323; 2002, № 5, maddə 236; 2003, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005, № 4, maddələr 277, 278; 2006, № 2, maddə 64, № 12, maddə 1006; 2007, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009, № 6, maddə 402; 2010, № 2, maddə 75, № 4, maddə 276; 2011, № 6, maddələr 471, 476, № 7, maddələr 583, 619, № 12, maddələr 1096, 1105; 2012, № 5, maddə 411, № 6, maddə 511; 2013, № 5, maddə 472, № 6, maddə 625, № 11, maddələr 1266, 1307; 2015, № 6, maddə 677, № 12, maddə 1435; 2016, № 5, maddə 836, № 6, maddə 1016, № 11, maddələr 1761, 1763, № 12, maddə 2047; 2017, № 2, maddə 155, № 4, maddə 523, № 5, maddələr 706, 750, № 11, maddələr 1935, 1975; 2018, № 5, maddə 879, № 8, maddə 1672, № 11, maddələr 2209, 2225, № 12 (I kitab), maddələr 2524, 2534; 2019, № 1, maddə 23, № 5, maddələr 792, 812, № 7, maddə 1197, № 12, maddələr 1897, 1907; 2020, № 7, maddə 832, № 11, maddə 1333; 2021, № 4, maddə 309, № 7, maddələr 711, 713, № 8, maddə 894, № 12, maddə 1346; 2022, № 6, maddə 580, № 8, maddə 828) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 315.2-ci maddə və 316-cı maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“315.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır.”;

“Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır.”;

1.2. 350-ci maddə üzrə:

1.2.1. 350.1-ci maddənin ikinci cümləsində “qətnamədə” sözü “qətnamənin nəticə hissəsində” sözləri ilə əvəz edilsin;

1.2.2. 350.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“350.4. Uşağın övladlığa götürülməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.”;

1.3. 445.0.5-ci maddədə “aktlarının” sözü “akt” sözü ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 126; 2002, № 12, maddə 702; 2004, № 7, maddə 505; 2006, № 2, maddə 66, № 11, maddə 923, № 12, maddələr 1005, 1006; 2007, № 1, maddə 4, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1218; 2008, № 7, maddə 602; 2010, № 2, maddə 70, № 3, maddə 171, № 5, maddə 380, № 7, maddə 578; 2011, № 7, maddələr 585, 620, № 12, maddə 1110; 2014, № 12, maddə 1515; 2019, № 2, maddə 185, № 3, maddə 372, № 5, maddə 800; № 12, maddə 1906; 2020, № 7, maddə 832, № 12 (I kitab), maddə 1424; 2021, № 4, maddə 308, № 6 (I kitab), maddə 541, № 7, maddə 711, № 8, maddə 894; 2022, № 1, maddə 11; № 6, maddə 580, № 8, maddə 828) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 125.1-ci maddənin üçüncü cümləsində “qeydiyyat kitabında” sözləri “akt qeydində” sözləri ilə əvəz edilsin;

2.2. 127.1-ci maddədə “doğumun qeydi kitablarına” sözləri “doğum haqqında akt qeydlərinə” sözləri ilə əvəz edilsin;

2.3. 130.2-ci maddədə “aktlarının qeydiyyat kitablarından” sözləri “akt qeydlərindən” sözləri ilə əvəz edilsin, həmin maddəyə “çıxarışlar” sözündən sonra “, şəhadətnamələr və ya arayışlar” sözləri əlavə edilsin;

2.4. 159.2-ci maddədə “qeydləri” sözü “akt qeydlərini” sözləri ilə əvəz edilsin;

2.5. 160.1-ci maddədə “aktlarının qeydində” sözləri “akt qeydlərində” sözləri ilə əvəz edilsin;

2.6. 161.1-ci maddədən birinci halda “edilməsi” sözü çıxarılsın və həmin maddədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

2.7. 163-cü maddənin adında “aktları” sözü “akt” sözü ilə əvəz edilsin;

2.8. 164.3-1-ci maddədə “aktlarının akt qeydi” sözləri “akt qeydləri” sözləri ilə əvəz edilsin;

2.9. aşağıdakı məzmunda 164.5-ci maddə əlavə edilsin:

“164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.”;

2.10. 165-ci maddənin birinci cümləsində “görə qeydiyyat üçün” sözləri “(qeydiyyat “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda şəhadətnamənin verilməsinə) görə” sözləri ilə əvəz edilsin;

2.11. 176.2-ci maddə ləğv edilsin;

2.12. 177-ci maddə üzrə:

2.12.1. adında “doğulması” sözü “doğumu” sözü ilə, “yazılarına” sözü “qeydlərində” sözü ilə əvəz edilsin;

2.12.2. mətnində “doğulması” sözü “doğumu” sözü ilə, “yazısına” sözü “qeydində” sözü ilə əvəz edilsin;

2.13. 178-ci maddə üzrə:

2.13.1. adı aşağıdakı redaksiyada verilsin:

“Maddə 178. Övladlığa götürmə haqqında akt qeydinin ləğvi”;

2.13.2. 178.1-ci maddənin birinci cümləsində “qeydi” sözü “akt qeydini” sözləri ilə, “yazılarda” sözü “akt qeydində” sözləri ilə əvəz edilsin;

2.13.3. 178.1-ci maddənin ikinci cümləsində “doğulması haqqında qeydlərdə” sözləri “doğumu haqqında akt qeydində” sözləri ilə əvəz edilsin;

2.13.4. 178.2-ci maddəyə “qeydini” sözündən əvvəl “haqqında akt” sözləri əlavə edilsin.

Maddə 3. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 17, maddə 234; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddə 687; 2004, № 7, maddə 505; 2006, № 3, maddə 223; 2010, № 11, maddə 936; 2013, № 5, maddə 464; 2014, № 11, maddə 1334; 2015, № 10, maddə 1083; 2018, № 6, maddə 1189; 2019, № 3, maddə 386, № 5, maddə 794, № 8, maddə 1360, № 11, maddə 1681; 2022, № 1, maddə 12) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nin 41-ci maddəsinin ikinci hissəsində “itirilmiş qeydlərin bərpası, habelə vətəndaşın adının, soyadının və atasının adının dəyişdirilməsi haqqında vəsatət qaldırır” sözləri “itmiş vətəndaşlıq vəziyyəti akt qeydlərini bərpa edir, vətəndaşlıq vəziyyəti akt qeydlərini ləğv edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verir” sözləri ilə əvəz edilsin.

Maddə 4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7 (I kitab), maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45, № 4, maddələr 571, 596, № 5, maddə 797, № 7, maddələr 1176, 1181, 1190, 1192, № 8, maddələr 1360, 1363, 1371, № 11, maddələr 1681, 1694; 2020, № 5, maddələr 521, 524, № 6, maddə 665, № 7, maddələr 824, 828, 837, 851, 853, № 11, maddə 1327, № 12 (I kitab), maddə 1423; 2021, № 2, maddə 117, № 6 (I kitab), maddə 554, № 7, maddələr 711, 714, 718, № 10, maddə 1094, № 11, maddə 1207, № 12, maddə 1314; 2022, № 5, maddə 427, № 8, maddə 829, Azərbaycan Respublikasının 2022-ci il 11 oktyabr tarixli 609-VIQD nömrəli Qanunu) 12.4-cü və 16.3.6-cı maddələrində “aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin” sözləri “akt qeydlərində dəyişiklik” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 dekabr 2022-ci il

25 Yanvar 2023, 08:01

http://www.azertag.az

10171—10180 / 10511

18 Mart 2014, 11:03

"Valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçot Qaydalarının, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot Qaydasının və Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçot Qaydasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 sentyabr tarixli 172 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

18 Mart 2014, 09:03

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 908-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

18 Mart 2014, 09:03

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 09:03

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 910-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

18 Mart 2014, 09:03

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

18 Mart 2014, 09:03

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 909-IVQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Baş Prokurorluğunun Strukturu”nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

18 Mart 2014, 09:03

“Müharibəəlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 952 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

18 Mart 2014, 09:03

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

18 Mart 2014, 09:03

“Müharibəəlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibəəlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

18 Mart 2014, 09:03

“Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi iləəlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında   ətraflı...