“Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348; 1999, № 11, maddə 609; 2000, № 11, maddə 776; 2001, № 9, maddə 576, № 12, maddələr 733, 736; 2002, № 12, maddə 706; 2004, № 7, maddə 505, № 12, maddə 976; 2005, № 1, maddə 2, № 12, maddə 1082; 2006, № 11, maddə 923, № 12, maddə 1018; 2007, № 1, maddə 4, № 12, maddə 1193; 2008, № 2, maddə 49, № 4, maddə 254, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 970; 2010, № 4, maddə 276, № 11, maddə 949; 2011, № 10, maddə 883; 2013, № 11, maddə 1284, № 12, maddə 1487; 2014, № 10, maddə 1171; 2016, № 4, maddə 657, № 6, maddə 971; 2017, № 3, maddə 336, № 7, maddə 1279; 2018, № 3, maddələr 369, 396, № 5, maddələr 870, 894, № 12 (I kitab), maddə 2502; 2019, № 1, maddə 35, № 3, maddə 380; 2020, № 5, maddə 521, № 6, maddə 667, № 7, maddə 826, № 8, maddə 1015, № 12 (I kitab), maddə 1450; 2021, № 7, maddə 711, № 8, maddə 896, № 12, maddə 1309; Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 680-VIQD nömrəli Qanunu) 15-ci maddəsinin birinci hissəsinin on yeddinci abzasında “rotasiya qaydasında xarici ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin və” sözləri “Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci və 23.2-ci maddələrinə uyğun olaraq ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə, həmçinin” sözləri ilə əvəz edilsin.
Maddə 2. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 567; 2002, № 12, maddə 703; 2004, № 6, maddə 414; 2005, № 10, maddə 873; 2008, № 3, maddə 155; 2009, № 6, maddə 399; 2011, № 2, maddə 71; 2013, № 4, maddə 365; 2015, № 10, maddə 1084; 2016, № 2, (I kitab), maddə 188; 2017, № 6, maddə 1041, № 7, maddə 1250, № 12 (I kitab), maddə 2190; 2021, № 8, maddə 902; 2022, № 1, maddə 6) aşağıdakı dəyişikliklər edilsin:
2.1. aşağıdakı məzmunda 21.3-1-ci, 21.6-1-ci, 21.6-2-ci, 21.7-1-ci və 21.7-2-ci maddələr əlavə edilsin:
“21.3-1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə təyin olunan diplomatik xidmət əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik yerləşmə müavinəti ödənilir.”;
“21.6-1. Diplomatik xidmət əməkdaşına onunla birlikdə yaşayan orta ixtisas və ali təhsilin bakalavr səviyyəsi üzrə əyani təhsil alan 23 yaşına qədər övladlarına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təhsil müavinəti ödənilir.
21.6-2. Diplomatik xidmət əməkdaşına qəbul edən dövlətdə onunla birlikdə yaşayan, həmin dövlətdə və ya üçüncü dövlətdə əmək fəaliyyəti ilə məşğul olmayan ailə üzvlərinə (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə aylıq müavinət ödənilir.”;
“21.7-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərdə fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının diplomatik xidmət əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə kompensasiya ödənilir.
21.7-2. Diplomatik xidmət əməkdaşlarına səlahiyyətlərinin icrası ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə aylıq təmsilçilik müavinəti ödənilir.”;
2.2. 21.10-cu maddəyə “müddəaları” sözündən sonra “(bu Qanunun 21.7-2-ci maddəsi istisna olmaqla)” sözləri əlavə edilsin;
2.3. 23-cü maddə üzrə:
2.3.1. 23.1 - 23.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:
“23.1. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi, habelə maddi və maliyyə təminatı bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
23.2. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə dövlət məvacibi və təyin olunduqları diplomatik nümayəndəliyin və ya konsulluğun yerləşdiyi dövlətin və onun müvafiq şəhərinin sosial-iqtisadi və maddi-məişət şəraiti nəzərə alınmaqla aylıq əlavə ödənilir. Aylıq əlavənin məbləği dövlət məvacibinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydada fərqləndirici əmsal tətbiq edilməklə müəyyən edilir.
23.3. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə ödənilən dövlət məvacibi bu Qanunun 6.3.1-ci maddəsində nəzərdə tutulan vəzifələr üzrə tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən aylıq haqdır.
23.4. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin yalnız dövlət məvacibi qanunla müəyyən edilmiş qaydada vergiyə və digər icbari ödənişlərə cəlb olunur.”;
2.3.2. 23.5-ci və 23.6-cı maddələr ləğv edilsin.
Maddə 3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, №12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590, № 5, maddələr 796, 801, 804, 812, 814, № 8, maddələr 1364, 1373, 1378, № 12, maddə 1894; 2020, № 5, maddə 522, № 6, maddələr 668, 678, № 7, maddə 832, № 8, maddə 1013, № 11, maddələr 1328, 1334, № 12 (I kitab), maddələr 1439, 1441, 1454, 1455; 2021, № 3, maddə 211, № 6 (I kitab), maddələr 541, 551, 555, № 7, maddələr 698, 711, № 8, maddə 894, № 10, maddələr 1090, 1092, № 12, maddələr 1305, 1337; 2022, № 1, maddələr 6, 7, 17, № 6, maddə 587, № 7, maddə 716, № 8, maddə 832) 102.1.1-ci maddəsində “Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin” sözləri “Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci və 23.2-ci maddələrinə uyğun olaraq ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə” sözləri ilə əvəz edilsin.
Maddə 4. Keçid müddəaları
4.1. Bu Qanun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda tutduğu vəzifədən azad edilərək geri çağırılmış, diplomatik xidmət orqanlarında qulluğuna və ya əmək müqaviləsinə xitam verilmiş diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə bu Qanunun müddəaları şamil olunmur.
4.2. Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2022-ci il
13 Yanvar 2023, 08:0116 Sentyabr 2019, 08:09
Şərur Sənaye Məhəlləsinin yaradılması və “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
13 Sentyabr 2019, 07:09
Şamaxı rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
10 Sentyabr 2019, 08:09
2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Sentyabr 2019, 08:09
R.R.Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Sentyabr 2019, 08:09
R.R.Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Sentyabr 2019, 08:09
Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
3 Sentyabr 2019, 08:09
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibi barədə” 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanında, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” 2004-cü il 21 aprel tarixli 196 nömrəli, “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 2009-cu il 6 avqust tarixli 429 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 2016-cı il 19 fevral tarixli 1792 nömrəli və “2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” 2016-cı il 9 sentyabr tarixli 2331 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
2 Sentyabr 2019, 08:09
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
2 Sentyabr 2019, 08:09
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1655-VQD nömrəli Qanununun tətbiqi və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Avqust 2019, 08:08
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...