“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131; 2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007, № 2, maddə 83, № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71, № 3, maddə 165, № 6, maddə 463; 2012, № 5, maddə 413, № 10, maddə 945, № 11, maddə 1049; 2015, № 1, maddə 9, № 5, maddə 488, № 10, maddə 1100; 2016, № 8, maddə 1365, № 11, maddələr 1760, 1782, 1785; 2017, № 5, maddə 726, № 6, maddə 1054, № 7, maddə 1267, № 8, maddə 1513, № 11, maddə 1974, № 12 (I kitab), maddə 2192; 2018, № 2, maddələr 158, 159, № 3, maddə 392, № 5, maddələr 864, 880, № 6, maddə 1191, № 7 (I kitab), maddələr 1383, 1428; 2019, № 1, maddə 8; 2020, № 7, maddələr 828, 851, 856, № 11, maddə 1322, № 12 (I kitab), maddələr 1425, 1427; 2021, № 2, maddə 114, № 7, maddə 703, № 8, maddələr 898, 900, 902; 2022, № 1, maddə 6) aşağıdakı məzmunda 11.1.5.2-1-ci və 11.1.6.1-1-ci maddələr əlavə edilsin:
“11.1.5.2-1. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan rəhbəri və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri;”;
“11.1.6.1-1. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan rəhbəri və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin rəhbərlərinin müşavirlərinin, köməkçilərinin vəzifələri;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2022-ci il
13 Yanvar 2023, 08:0129 Fevral 2016, 09:02
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 121-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
29 Fevral 2016, 09:02
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
26 Fevral 2016, 09:02
Bir sıra inzibati-iqtisadi məhkəmələrin hakim və sədrlərinin təyin edilməsi haqqında ətraflı...
25 Fevral 2016, 09:02
S.Q. İsmayılovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
25 Fevral 2016, 09:02
Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında ətraflı...
24 Fevral 2016, 10:02
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə ətraflı...
24 Fevral 2016, 10:02
Z.A.Əsgərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında ətraflı...
23 Fevral 2016, 09:02
17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycan Respublikasında keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
22 Fevral 2016, 09:02
О внесении изменения в Указ Президента Азербайджанской Республики «О Комиссии по вопросам помилования при Президенте Азербайджанской Республики» от 19 июня 2001 года номер 508 ətraflı...
22 Fevral 2016, 09:02
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin işçilərinə “Əməkdar mühəndis” fəxri adı verilməsi haqqında ətraflı...