Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 21-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797; 2014, № 11, maddələr 1351, 1357, № 12, maddə 1539; 2015, № 3, maddə 259, № 6, maddə 689, № 12, maddə 1436; 2016, № 2 (II kitab), maddə 214, № 6, maddələr 970, 988, 1008, № 7, maddə 1246, № 11, maddə 1794; 2017, № 7, maddə 1312, № 11, maddə 1963, № 12 (I kitab), maddələr 2218, 2257; 2018, № 1, maddə 32, № 3, maddə 386, № 6, maddə 1156, № 7 (I kitab), maddə 1434; 2019, № 1, maddə 23, № 7, maddə 1191, № 8, maddə 1380, № 11, maddə 1686; 2020, № 5, maddə 523, № 6, maddə 676, № 7, maddə 832, № 11, maddə 1333; 2021, № 7, maddə 717, № 8, maddə 894; 2022, № 8, maddə 833) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.5-ci maddəyə “yaranan münasibətlər” sözlərindən sonra “bu Məcəllədə müəyyən edilmiş tənzimləmə nəzərə alınmaqla” sözləri əlavə edilsin;

1.2. 26.1-ci maddəyə “nümayəndəliklərinin” sözündən sonra “, Ələt azad iqtisadi zonasında fəaliyyət üçün isə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun, inzibati müəssisələrinin və ya hüquqi şəxslərinin” sözləri əlavə edilsin;

1.3. 30.1-ci maddəyə “notarial qaydada” sözlərindən əvvəl “, Ələt azad iqtisadi zonası hüquqi şəxslərinin təsisçilərinin, işçilərinin və ya həmin zonada müvəqqəti yaşamaq üçün icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin” sözləri əlavə edilsin;

1.4. aşağıdakı məzmunda 41.3-cü maddə əlavə edilsin:

“41.3. Ələt azad iqtisadi zonasına işgüzar və ya şəxsi səfər məqsədilə gəlmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun və ya inzibati müəssisəsinin vəsatəti əsasında uzadılır. Belə halda bu Məcəllənin 41.1.6-cı, 41.1.7-ci və 41.1.8-ci maddələrində göstərilən sənədlərin təqdim edilməsi tələb olunmur. Həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatı Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun və ya inzibati müəssisəsinin təqdim etdiyi ünvan üzrə aparılır.”;

1.5. 45.1.7-1-ci maddədə “və 64.0.17-ci” sözləri “, 64.0.17-ci və 64.0.18-ci” sözləri ilə əvəz edilsin;

1.6. aşağıdakı məzmunda 46.7-ci maddə əlavə edilsin:

“46.7. Bu Məcəllənin 64.0.18-ci maddəsində göstərilən şəxslər və onların ailə üzvlərinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun və ya inzibati müəssisəsinin vəsatəti əsasında verilir. Belə halda bu Məcəllənin 46.1.9-cu, 46.1.10-cu və 46.1.11-ci maddələrində göstərilən sənədlərin təqdim edilməsi tələb olunmur. Həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatı Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun və ya inzibati müəssisəsinin təqdim etdiyi ünvan üzrə aparılır.”;

1.7. 64.0.17-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 64.0.18-ci maddə əlavə edilsin:

“64.0.18. Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun, inzibati müəssisələrinin və hüquqi şəxslərinin Ələt azad iqtisadi zonasının ərazisində işə cəlb etdiyi şəxslərə, habelə bu hüquqi şəxslərin təsisçilərinə.”.

Maddə 2. “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1180; 2019, № 11, maddə 1680; 2020, № 7, maddə 856; 2022, № 7, maddə 701) 3.2-ci maddəsində “bu Qanunda” sözləri “Azad Zona qanunvericiliyində” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2022-ci il

13 Yanvar 2023, 08:01

http://www.azertag.az

921—930 / 10511

24 Dekabr 2021, 08:12

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

24 Dekabr 2021, 08:12

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

24 Dekabr 2021, 08:12

M.A.Abbasbəylinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

24 Dekabr 2021, 08:12

“Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

24 Dekabr 2021, 08:12

Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

24 Dekabr 2021, 08:12

Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

24 Dekabr 2021, 08:12

İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında   ətraflı...

24 Dekabr 2021, 08:12

“İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 403-VIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

24 Dekabr 2021, 08:12

Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

24 Dekabr 2021, 08:12

“Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 402-VIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...