"Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli156 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 253
Bakı şəhəri, 16 iyul 2014-cü il
"Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli156 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli 156 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 10, maddə 1016; 2009, № 1, maddə 34) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissədə "müfəttişlərinin" sözü "orqanlarının" sözü ilə əvəz edilsin.
2. Həmin qərarla təsdiq edilmiş "Heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları" üzrə:
2.1. 2.4.3-cü yarımbəndə "xidməti vəsiqəni" sözlərindən sonra ", sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə həmçinin nəzarətin həyata keçirilməsi haqqında qərarın surətini və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı" sözləri əlavə edilsin;
2.2. 2.14-cü bənddə "orqanının müfəttişi" sözləri "orqanı" sözü ilə əvəz edilsin.
3. Həmin qərarla təsdiq edilmiş "Heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması və onların ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq qaydalarının və normalarının pozulduğu hallarda onların fəaliyyətinin müvəqqəti dayandırılması və ya qadağan edilməsi, həmçinin dövlət baytarlıq müfəttişlərinin icrası məcburi olan qərarlarının forması, onların tərtib edilməsi və verilməsi Qaydaları" üzrə:
3.1. adında, mətnində və Qaydalara 1-6 nömrəli əlavələrin adlarında ismin müvafiq hallarında "müfəttişləri" sözü ismin müvafiq hallarında "orqanları" sözü ilə əvəz edilsin;
3.2. 3.3-cü bənddən "bu qərarı tərtib edən dövlət baytarlıq müfəttişinin çalışdığı" sözləri çıxarılsın;
3.3. 3.9-cu bənddən "həmin qərarları tərtib edən dövlət baytarlıq müfəttişləri tərəfindən imzalanır və onun tabe olduğu" sözləri çıxarılsın;
3.4. 1-6 nömrəli əlavələrin mətnində "müfəttişi" sözü "orqanının rəhbəri" sözləri ilə əvəz edilsin.
4. Həmin qərarla təsdiq edilmiş "Xüsusi təhlükəli xəstəliklər baş verdikdə karantin və digər məhdudiyyət tədbirlərinin tətbiqi Qaydaları"nın 2.3-cü bəndində, 2.5-ci bəndinin birinci cümləsində, 3.4-cü bəndində, 3.5-ci bəndinin ikinci cümləsində və 5.4-cü bəndində ismin müvafiq hallarında "müfəttiş" sözü ismin müvafiq hallarında "orqan" sözü ilə əvəz edilsin.
5. Həmin qərarla təsdiq edilmiş "Dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq normalarının tələblərinə uyğunluğunun yoxlanılması və onlara baxış keçirilməsi Qaydaları"nın 4.4-cü bəndinin birinci və ikinci cümlələrində "müfəttişi" sözü "orqanı" sözü ilə əvəz edilsin.
6. Həmin qərarla təsdiq edilmiş "Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı Qaydaları"nın 1.3-cü və 2.1-ci bəndlərində "müfəttişləri" sözü "orqanları" sözü ilə, 3.2-ci bəndində "müfəttişi" sözü "orqanının rəhbəri" sözləri ilə əvəz edilsin.
7. Həmin qərarla təsdiq edilmiş "Karantin müddətində bazarların, heyvan tədarükü (kəsimi) məntəqələrinin, əlaqəli müəssisələrin, həmçinin yarmarkaların, hərracların, sərgilərin, dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin daşınması ilə əlaqədar onların kütləvi toplanılan yerlərinin fəaliyyətinin müvəqqəti dayandırıla bilməsi Qaydaları"nın 3-cü, 5-ci və 7-ci hissələrində "müfəttişinin" sözü "orqanının" sözü ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
4 Avqust 2014, 09:08
19 Aprel 2019, 08:04
Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
19 Aprel 2019, 08:04
M.M.Xəlilovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Aprel 2019, 08:04
Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Aprel 2019, 08:04
Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Aprel 2019, 08:04
Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Aprel 2019, 08:04
V.İ.İsayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Aprel 2019, 08:04
Sumqayıt Şəhər Məhkəməsinin hakimi İ.M.Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Aprel 2019, 08:04
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
18 Aprel 2019, 08:04
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
18 Aprel 2019, 08:04
“Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...