“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 21 mart tarixli 969 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.8-ci (birinci halda), 16.1.11-ci, 16.1.11-11-ci, 30.6.16-cı (hər iki halda), 33.8-1-ci, 35.1-ci, 35.5-ci (hər iki halda), 35.6-cı, 38.10-cu, 58.11-ci, 102.1.14.15-ci, 102.1.37-ci, 106.1.18-ci (ikinci halda), 106.1.31-ci, 144.1.4-cü, 160.4-cü, 164.1.10-1-ci, 164.1.60-cı, 164.1.61-ci (hər iki halda), 199.4.1-1-ci, 199.17-ci, 207.10-cu maddələrində, 227.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 102.1.14.15-ci, 106.1.18-ci (ikinci halda), 144.1.4-cü və 160.4-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 2.8-ci, 33.8-1-ci, 102.1.37-ci, 106.1.31-ci, 164.1.60-cı, 199.4.1-1-ci, 199.17-ci, 207.10-cu maddələrində və 227.2-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 16.1.11-ci, 16.1.11-11-ci, 35.1-ci, 35.5-ci (birinci halda), 38.10-cu, 58.11-ci maddələrində və 227.2-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 35.5-ci (ikinci halda) və 35.6-cı maddələrində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Məcəllənin 30.6.16-cı (hər iki halda) maddəsində “orqan (qurum)” dedikdə Çağrı Mərkəzi qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.7. həmin Məcəllənin 164.1.10-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu nəzərdə tutulur;

1.8. həmin Məcəllənin 102.1.14.15-ci maddəsində “hüquq mühafizə orqanlarının səlahiyyətlərini həyata keçirən vergi orqanı” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi nəzərdə tutulur;

1.9. həmin Məcəllənin 164.1.61-ci maddəsində “orqan (qurum)” dedikdə birinci halda “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, ikinci halda “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti nəzərdə tutulur;

1.10. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.11. həmin Qanunun 2-ci maddəsində “orqan (qurum)” dedikdə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci, 144.1.4-cü və 160.4-cü maddələrinə uyğun olaraq, ictimai və sosial məqsədlər üçün yaradılmış fondların siyahısı ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. üç ay müddətində:

2.2.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.8-1-ci maddəsinə uyğun olaraq, internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (bu Məcəllənin 19-cu maddəsi ilə nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2.2. həmin Məcəllənin 102.1.37-ci, 106.1.31-ci, 199.17-ci, 207.10-cu maddələrinə uyğun olaraq, idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2.3. həmin Məcəllənin 164.1.60-cı maddəsinə uyğun olaraq, idxalı ƏDV-dən azad edilən əsas vəsaitlərin siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2.4. həmin Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. həmin Məcəllənin 199.4.1-1-ci maddəsinə uyğun olaraq, müəssisələrin mülkiyyətində (balansında) olan mülki müdafiə təyinatlı əmlakların siyahısını altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

3.1. aşağıdakı normativ hüquqi aktları üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-ci maddəsinə uyğun olaraq, sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident kredit təşkilatlarında və ya bank əməliyyatı aparan şəxslərdə açılmış hesablar barədə məlumat formasını;

3.1.2. həmin Məcəllənin 35.1-ci maddəsinə uyğun olaraq, banklar, kredit təşkilatları və poçt rabitəsinin milli operatoru tərəfindən vergi ödəyicilərinə açılmış hesablar (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan açılmış hesablar istisna olmaqla) barədə məlumat formasını;

3.1.3. həmin Məcəllənin 35.5-ci maddəsinə uyğun olaraq, banklar, kredit təşkilatları və poçt rabitəsinin milli operatoru tərəfindən köçürülən vergi ödəyicilərinə məxsus hesablar barədə məlumat formasını;

3.2. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450, № 5, maddə 882, № 6, maddələr 1023, 1024, 1042, 1065, № 7, maddə 1257, № 9, maddə 1464, № 11, maddə 1838, № 12, maddə 2089; 2017, № 5, maddələr 760, 811, 845, № 7, maddə 1344, № 8, maddə 1521; 2018, № 9, maddələr 1830, 1843, № 12 (I kitab), maddələr 2571, 2599; 2019, № 8, maddələr 1396, 1407; 2020, № 5, maddə 560, № 11, maddə 1356, № 12 (I kitab), maddə 1504; 2021, № 1, maddə 35, № 3, maddə 220, № 4, maddə 323, № 6 (I kitab), maddə 585, № 12, maddələr 1398, 1425; 2022, № 1, maddə 22) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.8-ci (hər üç halda), 13.2.52-ci, 13.2.53-cü, 13.2.58-ci, 13.2.59-cu, 13.2.72-ci, 13.2.78-ci (hər üç halda), 13.2.79-cu, 13.2.80-ci (hər iki halda) maddələrində, 13.2.82-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.2.84-cü, 14.3.3-cü, 14-2.2-ci, 15.1.15-ci (hər iki halda), 16.1.3-1-ci (hər iki halda), 16.1.4-cü, 16.1.4-1-ci, 16.1.4-2-ci, 16.1.4-3-cü, 16.1.8-ci (hər iki halda), 16.1.11-ci, 16.1.11-11-ci, 16.1.11-12-ci (hər iki halda), 16.6-cı (hər iki halda), 16.7-ci (hər iki halda), 16.8-ci maddələrində, 16.9-cu maddəsinin birinci cümləsində, 16.10-cu, 22-1.1-ci maddələrinin birinci (hər üç halda) və ikinci cümlələrində, 22-1.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 22-1.3-cü (hər üç halda) maddəsində, 22-1.4-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 23.1.3-2-ci, 23.1.15-1-ci, 24.0.4-1-ci maddələrində, 24.0.6-cı maddəsinin ikinci cümləsində, 24.0.7-1-ci, 26.2-1-ci (hər iki halda), 27.2-ci, 28.3-cü, 30.6.5-ci, 30.6.8-ci, 30.6.9-cu (hər iki halda), 30.6.14-cü, 30.6.15-ci, 30.6.16-cı (hər iki halda), 33.2-ci, 33.7-ci, 33.7.7-ci, 33.7.9-cu (hər üç halda), 33.8-1-ci, 33.10-cu maddələrində, 34.3-1-ci maddəsinin ikinci abzasının birinci cümləsində, 35.1-ci, 35.5-ci (hər iki halda), 35.6-cı, 38.10-cu, 50-2.1-ci, 50-2.2-ci, 58.2-1-ci, 58.11-ci, 65.2.1.2-ci, 65.2.1.3-cü, 65.2.2-ci (hər iki halda), 65.2.3-2-ci, 65.2.3-3-cü (hər iki halda), 67-1.3-cü, 67-2.4-cü, 71-1.3-cü, 71-1.3-1-ci, 71-2.2-ci, 71-3.2-ci, 76.1-1-ci (hər iki halda), 77.5-ci (hər üç halda), 77.6-cı (hər üç halda), 77.7.2-ci, 77.7.3-cü, 85.6.3-cü maddələrində, 85.11-ci (hər iki halda), 90.1-ci maddəsində, 90.3-cü maddəsinin birinci hissəsində, 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 90.3-1-ci, 98.2.7-ci, 101.1-4-cü maddələrində, 102.1.3.4-cü maddəsinin ikinci hissəsində, 102.1.4-cü, 102.1.14.15-ci, 102.1.17-ci, 102.1.21-ci, 102.1.28-ci, 102.1.29-cu (hər iki halda), 102.1.33-cü, 102.1.35-ci, 102.1.37-ci, 106.1.5-ci (hər iki halda), 106.1.9-cu, 106.1.10-cu, 106.1.12-ci, 106.1.13-cü, 106.1.18-ci (hər iki halda), 106.1.24-cü, 106.1.27-ci, 106.1.28-ci, 106.1.31-ci, 108.4-cü, 108.5-ci, 122.3-cü, 128.3-cü, 130.1-1-ci, 144.1.4-cü, 150.3.3-cü maddələrində, 150.3-1-ci maddəsinin ikinci hissəsində, 150.3-4-cü, 150.3-5-ci, 150.3-6-cı, 160.4-cü, 164.1.7-ci, 164.1.10-1-ci, 164.1.15-ci (birinci halda), 164.1.16-cı (birinci halda), 164.1.20-ci, 164.1.28-ci (birinci və ikinci hallarda), 164.1.34-cü, 164.1.35-ci, 164.1.36-cı, 164.1.40-cı, 164.1.42-ci, 164.1.46-cı, 164.1.48-ci (hər iki halda), 164.1.49-cu, 164.1.52-ci, 164.1.53-cü, 164.1.54-cü, 164.1.56-cı, 164.1.60-cı, 164.1.61-ci (hər iki halda), 165.1.7-ci (hər iki halda), 165.1.9-cu, 165.3-cü maddələrində, 165.5-ci və 165.6-cı maddələrinin birinci cümlələrində, 175.9-cu maddəsində, 194.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 199.4.1-1-ci, 199.7-ci, 199.8-ci, 199.16-cı (hər üç halda), 199.17-ci, 207.3-cü, 207.4-cü, 207.7-ci (hər üç halda), 207.10-cu, 218-1.1.3-cü maddələrində, 221.4.7-ci maddəsinin birinci cümləsində, 221.4.13-cü maddəsinin birinci cümləsində, 222.3-cü maddəsinin ikinci cümləsində, 222.5.9-cu, 222.7-ci, 224.4-cü, 224.11-ci maddələrində, 225.3-cü maddəsinin birinci cümləsində və 227.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

4.2. 1.2-ci bənddə “102.1.29-cu (birinci halda), 106.1.18-ci (ikinci halda)” sözləri “102.1.14.15-ci, 102.1.29-cu (birinci halda), 106.1.18-ci (ikinci halda), 144.1.4-cü, 160.4-cü” sözləri ilə əvəz edilsin;

4.3. 1.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.7. həmin Məcəllənin 2.8-ci, 13.2.80-ci (birinci halda) maddələrində, 13.2.82-ci maddəsinin birinci cümləsində, 13.2.84-cü, 14.3.3-cü, 15.1.15-ci (birinci halda), 16.1.8-ci (birinci halda) maddələrində, 22-1.1-ci maddəsinin ikinci cümləsində, 33.8-1-ci, 50-2.1-ci, 71-1.3-cü, 71-2.2-ci, 71-3.2-ci, 77.5-ci (birinci halda), 77.6-cı (birinci halda), 77.7.2-ci, 77.7.3-cü, 90.3-1-ci, 98.2.7-ci, 101.1-4-cü, 102.1.35-ci, 102.1.37-ci, 106.1.18-ci (birinci halda), 106.1.27-ci, 106.1.31-ci, 108.4-cü, 108.5-ci, 164.1.7-ci, 164.1.34-cü, 164.1.46-cı, 164.1.60-cı, 165.1.9-cu, 175.9-cu maddələrində, 194.1-ci maddəsinin birinci cümləsində, 199.4.1-1-ci, 199.17-ci, 207.10-cu, 218-1.1.3-cü, 222.5.9-cu, 222.7-ci, 224.11-ci maddələrində və 227.2-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;” ;

4.4. 1.8-ci bənddən “23.1.15-4-cü (məcburi nişanlama ilə nişanlanmalı olan mallara münasibətdə),” və “50.1.9-cu (məcburi nişanlama ilə nişanlanmalı olan mallara münasibətdə),” sözləri çıxarılsın;

4.5. 1.9-cu bənddən “35.1-ci maddəsinin birinci və ikinci abzaslarında (ikinci halda),” sözləri çıxarılsın;

4.6. 1.10-cu bənd aşağıdakı redaksiyada verilsin:

“1.10. həmin Məcəllənin 13.2.78-ci (birinci və ikinci hallarda), 14-2.2-ci, 16.1.3-1-ci (birinci halda), 16.1.4-cü, 16.1.4-1-ci, 16.1.4-2-ci, 16.1.4-3-cü, 16.1.11-ci, 16.1.11-11-ci, 16.1.11-12-ci (birinci halda), 16.6-cı (birinci halda), 16.7-ci (birinci halda), 16.8-ci maddələrində, 16.9-cu maddəsinin birinci cümləsində, 16.10-cu, 22-1.1-ci maddələrinin birinci cümlələrində (birinci və üçüncü hallarda), 22-1.3-cü (birinci və üçüncü hallarda), 23.1.3-2-ci, 24.0.4-1-ci maddələrində, 24.0.6-cı maddəsinin ikinci cümləsində, 33.2-ci, 34.3-1-ci maddələrinin ikinci abzasının birinci cümlələrində, 35.1-ci, 35.5-ci (birinci halda), 38.10-cu, 58.2-1-ci, 58.11-ci, 76.1-1-ci (birinci halda), 150.3.3-cü, 150.3-1-ci maddələrinin ikinci hissəsində,150.3-4-cü, 150.3-5-ci, 150.3-6-cı, 164.1.54-cü, 199.16-cı (üçüncü halda), 207.7-ci (üçüncü halda) maddələrində, 225.3-cü maddəsinin birinci cümləsində və 227.2-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”;

4.7. 1.12-ci bəndə “50-2.2-ci” sözlərindən əvvəl “35.5-ci (ikinci halda), 35.6-cı,” sözləri əlavə olunsun və “cümləsində (birinci halda)” sözləri “cümləsində” sözü ilə əvəz edilsin;

4.8. aşağıdakı məzmunda 1.12-1-ci və 1.12-2-ci bəndlər əlavə edilsin:

“1.12-1. həmin Məcəllənin 30.6.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;

1.12-2. həmin Məcəllənin 30.6.15-ci maddəsində “orqan (qurum)” dedikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”;

4.9. 1.18-ci bənd ləğv edilsin;

4.10. 1.23-cü bənddə “maddəsində” sözü “və 164.1.61-ci (birinci halda) maddələrində” sözləri ilə əvəz edilsin;

4.11. 1.33-cü bənddə “hissələri” sözü “hissələri və xüsusi proqram təminatları” sözləri ilə əvəz edilsin;

4.12. aşağıdakı məzmunda 1.40-3-cü bənd əlavə edilsin:

“1.40-3. həmin Məcəllənin 30.6.16-cı (hər iki halda) maddəsində “orqan (qurum)” dedikdə Çağrı Mərkəzi qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.”;

4.13. 1.43-cü bənddə “və 106.1.5-ci (birinci halda)” sözləri “, 106.1.5-ci (birinci halda) və 164.1.10-1-ci” sözləri ilə əvəz edilsin;

4.14. 1.49-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.50-ci bənd əlavə edilsin:

“1.50. həmin Məcəllənin 164.1.61-ci maddəsində “orqan (qurum)” dedikdə birinci halda “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, ikinci halda “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti nəzərdə tutulur.”.

5. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli 969 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 245; 2021, № 12, maddə 1398) aşağıdakı dəyişikliklər edilsin:

5.1. adında, 1-ci hissəsində və 2.3-cü bəndində “şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə” sözləri “, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə” sözləri ilə əvəz edilsin;

5.2. həmin Fərmanla təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” üzrə:

5.2.1. adında və 1.1-ci bənddə “şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə” sözləri “, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə” sözləri ilə əvəz edilsin;

5.2.2. 2.0.1-ci yarımbənddə “ictimai iaşə və ya tibb fəaliyyəti göstərən” sözləri “ictimai iaşə, tibb fəaliyyəti göstərən və özəl tibbi praktika ilə məşğul olan, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində gecələmə və qalma xidmətləri göstərən (mehmanxanalar və hotellər)” sözləri ilə əvəz edilsin;

5.2.3. 2.0.7-ci və 4.2.2-ci yarımbəndlərdə “şəxslərdən alınmış mallara və göstərilmiş xidmətlərə” sözləri “, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə” sözləri ilə əvəz edilsin;

5.2.4. 5.6-cı bəndin ikinci cümləsində “15” rəqəmləri “17,5” rəqəmləri ilə, “10” rəqəmləri “5 faizini, Vergi Məcəlləsinin 228-ci maddəsinə uyğun olaraq qaytarılan məbləğ isə işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5” sözləri ilə əvəz edilsin.

6. Bu Fərman 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2022-ci il

30 Dekabr 2022, 15:12

http://www.azertag.az

3801—3810 / 10511

23 Aprel 2018, 08:04

N.İ.Məmmədovun Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 Aprel 2018, 08:04

S.R.Babayevin Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 Aprel 2018, 08:04

H.İ.Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 Aprel 2018, 08:04

S.R.Nuriyevin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 Aprel 2018, 08:04

İ.İ.Kərimovun Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

20 Aprel 2018, 08:04

“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

20 Aprel 2018, 08:04

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

20 Aprel 2018, 08:04

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

20 Aprel 2018, 08:04

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 538 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əfvetmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

10 Aprel 2018, 08:04

Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...