"Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 252

Bakı şəhəri, 16 iyul 2014-cü il

"Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 392; 2008, № 1, maddə 39, № 2, maddə 116, № 5, maddə 448, № 7, maddə 673; 2010, № 2, maddə 148) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında baytarlıq preparatlarının aprobasiyası, ekspertizası, sınaqdan keçirilməsi, dövlət qeydiyyatına alınması və dövlət reyestrinin aparılması, istehsalı, idxalı, saxlanması, daşınması, satışı və istifadəsi, habelə yeni baytarlıq preparatlarının, avadanlıqlarının və yem əlavələrinin istehsalına və tətbiqinə dair normativ-texniki sənədlərin təsdiq edilməsi, onların keyfiyyətinə nəzarət edilməsi və aprobasiyasına dair rəy verilməsi Qaydaları"nın 11-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 11.3.1-ci yarımbəndin ikinci abzasının ikinci cümləsindən "dövlət nəzarətini aparan səlahiyyətli şəxs tərəfindən" sözləri çıxarılsın və həmin yarımbəndə "vəsaiti hesabına" sözlərindən sonra "("Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla)" sözləri əlavə edilsin.

2. 11.6-cı bəndin birinci abzasında "orqanın səlahiyyətli şəxsi" sözləri "orqan" sözü ilə əvəz edilsin.

3. 11.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

"11.7. Dövlət nəzarətinin nəticələri "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq rəsmiləşdirilir.".

4. 11.8-ci bənddə "vəzifəli şəxs" sözləri "orqan" sözü ilə əvəz edilsin.

5. 11.11-ci bəndin birinci abzasında "orqanların vəzifəli şəxsləri" sözləri "orqanlar" sözü ilə, ikinci abzasında "və" sözü ", orqanlar" sözü ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

4 Avqust 2014, 09:08

http://cabmin.gov.az/

4321—4330 / 10511

27 Dekabr 2017, 09:12

Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında   ətraflı...

27 Dekabr 2017, 09:12

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında   ətraflı...

27 Dekabr 2017, 09:12

“Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

27 Dekabr 2017, 09:12

“Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 1599 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

27 Dekabr 2017, 09:12

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

27 Dekabr 2017, 09:12

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında   ətraflı...

27 Dekabr 2017, 09:12

F.X.Kazımovun Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilməsi haqqında   ətraflı...

26 Dekabr 2017, 09:12

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

26 Dekabr 2017, 09:12

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə   ətraflı...

26 Dekabr 2017, 09:12

Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında   ətraflı...