“Büdcə sistemi haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 16-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 584; 2003, № 6, maddə 267; 2004, № 12, maddə 979; 2005, № 5, maddə 393, № 12, maddə 1083; 2006, № 2, maddə 67, № 3, maddə 225, № 12, maddə 1012; 2007, № 12, maddə 1202; 2008, № 12, maddə 1049; 2009, № 6, maddə 395, № 7, maddə 505; 2012, № 6, maddə 528; 2014, № 8, maddə 958; 2016, № 11, maddə 1777; 2017, № 1, maddələr 18, 32; 2018, № 8, maddə 1671, № 12 (I kitab), maddə 2500; 2019, № 8, maddə 1365, № 11, maddə 1688; 2020, № 12 (l kitab), maddə 1449; 2021, № 12, maddə 1330) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1.22-ci maddə ləğv edilsin;

1.2. 15.4-cü maddənin birinci cümləsində “ötən ilin xərclərinin on ikidə biri qədərində (müdafiə olunmuş xərc maddələri üzrə tam) maliyyələşmənin” sözləri “dövlət büdcəsi xərclərinin maliyyələşdirilməsinin ötən ilin xərclərinin on ikidə bir hissəsi qədər olan həcmdə (bu Qanunun 7-ci maddəsində göstərilən xərclər üzrə tam)” sözləri ilə əvəz edilsin;

1.3. 19.5-ci maddə üzrə:

1.3.1. ikinci cümləyə “hissəsi” sözündən sonra “qədər olan həcmdə” sözləri əlavə edilsin;

1.3.2. dördüncü cümləyə “qalan hissəsi” sözlərindən sonra “(qanunla müəyyən edilən hallar istisna olmaqla)” sözləri əlavə edilsin;

1.4. 27.9-cu maddəyə “fondlarının” sözündən sonra “(dövlət sosial müdafiə fondu və işsizlikdən sığorta fondu istisna olmaqla)” sözləri əlavə edilsin.

Maddə 2. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1514; 2018, № 12 (I kitab), maddə 2503; 2019, № 3, maddə 381, № 8, maddə 1382; 2020, № 5, maddə 521, № 9, maddə 1137, № 11, maddə 1322; 2021, № 3, maddə 212; 2022, № 1, maddə 9) 20.1-ci maddəsinə “vəsaitləri” sözündən sonra “hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondu olan işsizlikdən” sözləri əlavə edilsin.

Maddə 3. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1820; 2019, № 1, maddə 42, № 4, maddə 591, № 7, maddə 1179; 2022, № 7, maddə 715) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 6.0.2-ci və 7.0.1-ci maddələrdən “büdcə qaydasına uyğun hesablanmış” sözləri çıxarılsın və həmin maddələrə “büdcədənkənar” sözündən əvvəl “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.31-1-ci maddəsində nəzərdə tutulan” sözləri əlavə edilsin;

3.2. 7.0.2-ci maddəyə “büdcədənkənar” sözündən əvvəl “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.31-1-ci maddəsində nəzərdə tutulan” sözləri əlavə edilsin;

3.3. 24.1-ci maddəyə birinci halda “büdcədənkənar” sözündən əvvəl “həmin Qanunun 1.1.31-1-ci maddəsində nəzərdə tutulan” sözləri, ikinci halda “büdcədənkənar” sözündən əvvəl “həmin” sözü əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2022-ci il

22 Dekabr 2022, 14:12

http://www.azertag.az

361—370 / 10511

25 Noyabr 2022, 07:11

V.V.Timoşenkonun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 Noyabr 2022, 07:11

A.Q.Abiyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

22 Noyabr 2022, 07:11

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

22 Noyabr 2022, 07:11

Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Noyabr 2022, 15:11

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Noyabr 2022, 07:11

A.Ə.Aslanovun Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Noyabr 2022, 07:11

“Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Noyabr 2022, 07:11

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

18 Noyabr 2022, 08:11

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Noyabr 2022, 08:11

X.N.Əhədovun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...