Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12 (I kitab), maddə 676; 2004, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 953; 2010, № 2, maddə 70, № 3, maddələr 171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 591; 2011, № 4, maddə 253, № 6, maddə 472, № 7, maddələr 587, 601, 621, № 11, maddə 980, № 12, maddə 1093; 2012, № 2, maddə 45, № 3, maddələr 193, 196, № 7, maddələr 666, 669, 673, № 11, maddə 1068, № 12, maddə 1223; 2013, № 1, maddə 14, № 2, maddə 102, № 4, maddə 364, № 5, maddələr 459, 479, 481, № 6, maddələr 594, 600, № 11, maddələr 1264, 1286, 1312, № 12, maddə 1492; 2014, № 2, maddələr 89, 95, № 4, maddə 327, № 6, maddələr 618, 622; 2015, № 4, maddələr 339, 359, 368, № 5, maddələr 504, 508, 510, № 6, maddələr 678, 690, 692, № 11, maddələr 1253, 1268, 1289, 1298, № 12, maddələr 1437, 1445; 2016, № 4, maddələr 634, 636, 638, 653, № 5, maddə 845, № 6, maddələr 993, 1001, № 12, maddələr 1983, 1999, 2008, 2019, 2038, 2048; 2017, № 2, maddə 161, № 3, maddə 330, № 5, maddələr 694, 697, 700, 702, 733, № 7, maddələr 1268, 1271, 1293, № 11, maddələr 1968, 1978, № 12 (I kitab), maddə 2231; 2018, № 3, maddə 403, № 5, maddə 861, № 6, maddə 1154, № 7 (I kitab), maddə 1441, № 10, maddə 1972, № 11, maddə 2213, № 12 (I kitab), maddə 2472; 2019, № 4, maddə 586, № 7, maddə 1201, № 8, maddə 1367; 2020, № 3, maddə 223, № 5, maddə 518, № 7, maddə 832, № 8, maddə 1010, № 11, maddələr 1332, 1333; 2021, № 6 (I kitab), maddə 541, № 8, maddə 894, № 12, maddə 1336; 2022, № 5, maddələr 434, 437, № 7, maddə 703, № 8, maddələr 821, 828) aşağıdakı məzmunda 83.1-1-ci, 99-5.5-ci və 99-10-cu maddələr əlavə edilsin:

“83.1-1. Həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılan əmələ görə xarici dövlətin məhkəmə hökmünə əsasən yaranmış məhkumluq barədə məlumat cinayət təqibinin gedişində daxil olduqda və müvafiq hökm Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş qaydada tanındıqda, bu məhkumluq da cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınır.”;

“99-5.5. Əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxsə yenidən cərimə və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbir təyin olunarkən müvafiq olaraq bu Məcəllənin 99-6.3-cü və 99-7.2-ci maddələrində nəzərdə tutulmuş cinayət-hüquqi tədbirlərin aşağı və yuxarı həddinin orta həddindən aşağı cinayət-hüquqi tədbir təyin edilə bilməz.”;

“Maddə 99-10. Hüquqi şəxsin əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab edilməsi üçün tələb olunan müddət

99-10.1. Hüquqi şəxs aşağıdakı hallarda əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab edilir:

99-10.1.1. böyük ictimai təhlükə törətməyən cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən bir il keçdikdə;

99-10.1.2. az ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən iki il keçdikdə;

99-10.1.3. ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən etibarən altı il keçdikdə;

99-10.1.4. xüsusilə ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən etibarən səkkiz il keçdikdə.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2022-ci il

21 Dekabr 2022, 08:12

http://www.azertag.az

5611—5620 / 10511

17 Mart 2017, 09:03

“Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 yanvar tarixli 1705 nömrəli Sərəncamının ləğv edilməsi barədə   ətraflı...

17 Mart 2017, 09:03

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında   ətraflı...

17 Mart 2017, 09:03

“Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 26 avqust tarixli 3014 nömrəli Sərəncamının ləğv edilməsi barədə<> Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Mart 2017, 09:03

“Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 avqust tarixli 3079 nömrəli Sərəncamının ləğv edilməsi barədə   ətraflı...

17 Mart 2017, 09:03

H.Ə.Məmmədovun Bakı Mühəndislik Universitetinin rektoru təyin edilməsi haqqında   ətraflı...

17 Mart 2017, 09:03

“Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli 1926 nömrəli Sərəncamının ləğv edilməsi barədə   ətraflı...

17 Mart 2017, 09:03

“Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 sentyabr tarixli 1090 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə   ətraflı...

16 Mart 2017, 09:03

From Margarita Popova, Vice President and General Secretary of Bulgarian Industrial Association Her Excellency Mrs. Mehriban Aliyeva, First Vice President of the Republic of Azerbaijan. Dear Mrs. Mehriban Aliyeva, Please accept my heartfelt congratulations as you assumed great responsibility towards your people with your appointment as the First Vice-President of the Republic of Azerbaijan. This highest state position will give you strength, energy and inspiration to be useful to your country, to be loved by your people and to do large-scale works in political, cultural and social areas. It will be my pleasure to continue to work with you to ensure peace and understanding among people, development of intercultural dialogue, strong communication among young people, and close economic ties between our two countries. I wish you robust health and success. I am looking forward to a new event where I will have a chance to meet with you. With friendly greetings, Margarita Popova Vice President and General Secretary of Bulgarian Industrial Association   ətraflı...

14 Mart 2017, 09:03

N.İ.Məmmədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

14 Mart 2017, 09:03

Şollar-Bakı su qurğuları kompleksinin istismara verilməsinin 100 illiyi münasibətilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...