Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 sentyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş "Qiymətli daşların ekspertizasının və diaqnostikasının keçirilməsi halları və Qaydaları"nda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 249
Bakı şəhəri, 16 iyul 2014-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 sentyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş "Qiymətli daşların ekspertizasının və diaqnostikasının keçirilməsi halları və Qaydaları"nda dəyişiklik edilməsi barədə
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 sentyabr tarixli 218 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 9, maddə 831; 2009, № 4, maddə 282) ilə təsdiq edilmiş "Qiymətli daşların ekspertizasının və diaqnostikasının keçirilməsi halları və Qaydaları"na aşağıdakı məzmunda 9-1-ci hissə əlavə edilsin:
"9-1. Qanuna müvafiq olaraq dövlət nəzarəti həyata keçirilən sahibkarlıq subyektlərindən nümunə kimi götürülmüş məmulatların yoxlanılması ilə əlaqədar keçirilən qiymətli daşların ekspertizasının və diaqnostikasının nəticələri "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq rəsmiləşdirilir.".
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
1 Avqust 2014, 11:0818 Noyabr 2014, 09:11
Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi QAYDALARI ətraflı...
18 Noyabr 2014, 09:11
“Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında ətraflı...
18 Noyabr 2014, 09:11
Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları ətraflı...
18 Noyabr 2014, 09:11
“Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında ətraflı...
18 Noyabr 2014, 09:11
Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
18 Noyabr 2014, 09:11
Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə ətraflı...
18 Noyabr 2014, 09:11
Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Andris Berzinşə ətraflı...
18 Noyabr 2014, 09:11
“Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ətraflı...
18 Noyabr 2014, 09:11
Uşaqların Üçüncü Ümumrespublika Forumunun iştirakçılarına ətraflı...
17 Noyabr 2014, 09:11
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...