“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 616-VIQD nömrəli Qanununun tətbiqi və “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 avqust tarixli 272 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 616-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
2. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 avqust tarixli 272 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 704; 2013, № 8, maddə 915; 2014, № 11, maddə 1412; 2017, № 3, maddə 353) 2.2-ci bəndinə “Qanunun” sözündən sonra “7.2-ci maddəsinin üçüncü cümləsində,” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin üçüncü cümləsinə uyğun olaraq, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun tərkibini, həmçinin həmin İşçi Qrupun təşkili və fəaliyyəti qaydasını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 616-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 dekabr 2022-ci il
6 Dekabr 2022, 16:1230 Oktyabr 2017, 05:10
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 785-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
30 Oktyabr 2017, 05:10
Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında ətraflı...
30 Oktyabr 2017, 05:10
Ə.C.Musayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
30 Oktyabr 2017, 05:10
T.B.İsgəndərova “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında ətraflı...
30 Oktyabr 2017, 05:10
H.M.Rəcəblinin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
30 Oktyabr 2017, 05:10
M.C.Qasımlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
30 Oktyabr 2017, 05:10
R.C.Abdullayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
27 Oktyabr 2017, 05:10
İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
26 Oktyabr 2017, 09:10
Goranboy rayonunun Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
25 Oktyabr 2017, 09:10
Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında ətraflı...