"Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları"nın və "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər"in təsdiq edilməsi haqqında"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 247
Bakı şəhəri, 16 iyul 2014-cü il
"Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları"nın və "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər"in təsdiq edilməsi haqqında"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəliqərarında dəyişikliklər edilməsi barədə
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 464; 2007, № 8, maddə 852, № 12, maddə 1336; 2008, № 1, maddə 39) ilə təsdiq edilmiş "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənil-məsinə nəzarət Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.2-ci bənddə "əmlakı" sözü "dövlətin əmlak maraqları" sözləri ilə əvəz edilsin.
2. 2.2-ci bənddən ", bir qayda olaraq, ildə bir dəfə" sözləri çıxarılsın.
3. Aşağıdakı məzmunda 2.3-1-ci, 2.4-1-ci, 2.4-2-ci və 2.11-1-ci bəndlər əlavə edilsin:
"2.3-1. Xüsusi icazə sahibləri olan sahibkarlıq subyektlərində növbəti yoxlama dövlət orqanının tərtib etdiyi və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risk qiymətləndirilməsi sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır.
2.4-1. Xüsusi icazə sahibləri olan sahibkarlıq subyektlərində növbədənkənar yoxlamalar "Sahibkarlıq sahəsində aparılan yoxla-maların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş hallarda həyata keçirilir.
2.4-2. Xüsusi icazə sahibləri olan sahibkarlıq subyektlərində növbəti və növbədənkənar yoxlamalar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada aparılır.
2.11-1 Xüsusi icazə sahibləri olan sahibkarlıq subyektlərində yoxlamanın nəticələri "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq rəsmiləşdirilir.".
4. 2.7-ci bəndə "surətini" sözündən sonra "sahibkarlıq subyekti olan xüsusi icazənin sahibinə, həmçinin yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı" sözləri əlavə edilsin.
5. 2.13-cü bənddə "orqanın vəzifəli şəxsi" sözləri "orqan" sözü ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
1 Avqust 2014, 11:08
16 Dekabr 2014, 09:12
Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Nursultan Nazarbayevə ətraflı...
16 Dekabr 2014, 09:12
Bəhreynin Kralı Əlahəzrət şeyx Həməd bin İsa Al Xəlifəyə ətraflı...
16 Dekabr 2014, 09:12
G.M. Vəliyevaya “Əməkdar Hüquqşünas” fəxri adının verilməsi haqqında ətraflı...
16 Dekabr 2014, 09:12
A.Ş. Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
16 Dekabr 2014, 09:12
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında ətraflı...
16 Dekabr 2014, 09:12
S.B.Əsədova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
16 Dekabr 2014, 09:12
X.M.Nəcəfova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
15 Dekabr 2014, 09:12
"Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 16 avqust tarixli 212 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında ətraflı...
15 Dekabr 2014, 09:12
"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
15 Dekabr 2014, 09:12
"Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...