“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7 (I kitab), maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45, № 4, maddələr 571, 596, № 5, maddə 797, № 7, maddələr 1176, 1181, 1190, 1192, № 8, maddələr 1360, 1363, 1371, № 11, maddələr 1681, 1694; 2020, № 5, maddələr 521, 524, № 6, maddə 665, № 7, maddələr 824, 828, 837, 851, 853, № 11, maddə 1327, № 12 (I kitab), maddə 1423; 2021, № 2, maddə 117, № 6 (I kitab), maddə 554, № 7, maddələr 711, 714, 718, № 8, maddə 898, № 10, maddə 1094, № 11, maddə 1207, № 12, maddə 1314; 2022, № 5, maddə 427; Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 582-VIQD nömrəli və 11 oktyabr tarixli 609-VIQD nömrəli qanunları) 20-4-cü maddəsinin mətni 20-4.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 20-4.2-ci maddə əlavə edilsin:

“20-4.2. Tütün məmulatlarının istehsalçıları və idxalçıları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə qoşulma barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi bildirişi aldıqları tarixdən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə bu Qanunun 20-3.2.1-ci maddəsində nəzərdə tutulan dövlət rüsumunu ödəməkdən azaddırlar. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin birinci cümləsində nəzərdə tutulan müddəti hər dəfə bir aydan çox olmamaq şərtilə 5 dəfə uzada bilər.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2022-ci il

5 Dekabr 2022, 15:12

http://www.azertag.az

3271—3280 / 10511

29 Oktyabr 2018, 08:10

Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

26 Oktyabr 2018, 08:10

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

26 Oktyabr 2018, 08:10

“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

26 Oktyabr 2018, 08:10

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1267-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

24 Oktyabr 2018, 08:10

“Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

24 Oktyabr 2018, 08:10

“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sərhəd nümayəndələrinin/sərhəd komissarlarının fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

24 Oktyabr 2018, 08:10

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

24 Oktyabr 2018, 08:10

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

24 Oktyabr 2018, 08:10

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

24 Oktyabr 2018, 08:10

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...