"Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli qərarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 246

Bakı şəhəri, 16 iyul 2014-cü il

"Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəliqərarında dəyişiklik edilməsi barədə

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 293; 2009, № 1, maddə 34) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına qanunla müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsinin Qaydası və Şərtləri"nin II hissəsinin ikinci abzasında "nəzarət" sözü "keyfiyyətin müəyyən edilməsi" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

1 Avqust 2014, 11:08

http://cabmin.gov.az/

10251—10260 / 10511

3 Mart 2014, 16:03

"Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

3 Mart 2014, 16:03

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

3 Mart 2014, 16:03

"Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında   ətraflı...

3 Mart 2014, 09:03

Əliş Ləmbəranskinin 100 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

3 Mart 2014, 09:03

R.M.Seyfullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

28 Fevral 2014, 17:02

K.M.Abdullayevin Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

28 Fevral 2014, 17:02

K.M.Abdullayevin Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilməsi haqqında   ətraflı...

28 Fevral 2014, 09:02

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında   ətraflı...

27 Fevral 2014, 16:02

Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında   ətraflı...

27 Fevral 2014, 16:02

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında   ətraflı...