Azərbaycan Respublikası Prezidentinin “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli 446 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında və “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 18 dekabr tarixli 819 nömrəli və “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin təyin edilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2021-ci il 28 aprel tarixli 2609 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 671; 2007, № 12, maddə 1223; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 80, № 7, maddə 622; 2012, № 12, maddə 1273; 2016, № 11, maddə 1826; 2017, № 6, maddə 1072, № 11, maddələr 2009, 2042) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmanla təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu”nun 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatı

Strateji planlaşdırma və monitorinq baş idarəsi

Qanunvericilik baş idarəsi

Ədliyyə sahəsində xidmətlər baş idarəsi

İcra baş idarəsi

Probasiya xidməti (baş idarə səlahiyyətli)

Bələdiyyələrlə iş mərkəzi (baş idarə səlahiyyətli)

İnsan resursları baş idarəsi

Beynəlxalq əməkdaşlıq idarəsi

İnsan hüquqları və kommunikasiya idarəsi

İstintaq idarəsi

Cəzaların icrasına nəzarət üzrə müfəttişlik (idarə səlahiyyətli)

İnformasiya texnologiyaları və innovasiyalar idarəsi

Katiblik (idarə səlahiyyətli)

Maliyyə və təminat idarəsi”;

1.2. həmin Fərmanla təsdiq edilmiş 2 nömrəli əlavə – “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının tərkibi”nin “Kollegiyanın üzvləri” hissəsində “Təşkilat-nəzarət” sözləri “Strateji planlaşdırma və monitorinq” sözləri ilə, “Qeydiyyat və notariat” sözləri “Ədliyyə sahəsində xidmətlər” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289, № 12 (I kitab), maddələr 2566, 2597; 2019, № 1, maddə 82, № 2, maddə 213, № 3, maddə 426, № 4, maddələr 620, 630, 649, № 5, maddələr 819, 862; 2020, № 3, maddələr 238, 240, № 4, maddə 404, № 7, maddələr 864, 885, № 8, maddə 1041, № 9, maddə 1153; 2021, № 6 (I kitab), maddə 566, № 7, maddələr 724, 728, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 313, 323; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 avqust tarixli 1836 nömrəli və 27 oktyabr tarixli 1869 nömrəli fərmanları) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 3.1 – 3 .4-cü bəndlərində “Qeydiyyat və notariat baş idarəsinin” sözləri “Ədliyyə sahəsində xidmətlər baş idarəsinin” sözləri ilə, “qeydiyyat və notariat üzrə” sözləri “ədliyyə sahəsində xidmətlər üzrə” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252, № 5, maddələr 538, 564, № 6, maddələr 710, 714, № 7, maddələr 865, 880, № 8, maddə 1032, № 11, maddə 1345, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 33, № 6 (I kitab), maddə 566, № 8, maddə 921, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 305, 306, 323, 329, № 7, maddə 728; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 oktyabr tarixli 1869 nömrəli və 5 noyabr tarixli 1874 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 9-cu hissədə və 44.2-ci bənddə “Qeydiyyat və notariat baş idarəsinin” sözləri “Ədliyyə sahəsində xidmətlər baş idarəsinin” sözləri ilə, “Qeydiyyat və notariat şöbəsinin rəisi” sözləri “ədliyyə sahəsində xidmətlər üzrə müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri” sözləri ilə əvəz edilsin;

3.2. 36.2-ci bənddə “Qeydiyyat və notariat baş idarəsinin” sözləri “Ədliyyə sahəsində xidmətlər baş idarəsinin” sözləri ilə, “qeydiyyat və notariat şöbəsinin rəisi” sözləri “ədliyyə sahəsində xidmətlər üzrə müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 819 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2671; 2019, № 6, maddə 1044) ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın “6. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 6.3.14-cü yarımbəndində “İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin” sözləri “İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin təyin edilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 aprel tarixli 2609 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 378) 1-ci hissəsində “Qeydiyyat və notariat baş idarəsinin” sözləri “Ədliyyə sahəsində xidmətlər baş idarəsinin” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2022-ci il

28 Noyabr 2022, 16:11

http://www.azertag.az

411—420 / 10511

3 Oktyabr 2022, 14:10

Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

3 Oktyabr 2022, 14:10

Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə bir qrup idman mütəxəssisinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

3 Oktyabr 2022, 14:10

Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

3 Oktyabr 2022, 13:10

2022/2023-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 Sentyabr 2022, 16:09

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Sentyabr 2022, 16:09

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

29 Sentyabr 2022, 16:09

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

29 Sentyabr 2022, 11:09

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

26 Sentyabr 2022, 15:09

“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

22 Sentyabr 2022, 13:09

Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...