Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586, № 12, maddə 835; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 237, 240, 244, № 8, maddə 463; 2004, № 6, maddə 399; 2005, № 4, maddə 278; 2006, № 11, maddə 929; 2007, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddələr 1197, 1218; 2008, № 6, maddə 462, № 7, maddələr 602, 607; 2010, № 3, maddə 171, № 4, maddə 275, № 7, maddə 591; 2011, № 2, maddələr 70, 71, № 6, maddə 473, № 7, maddə 600, № 12, maddə 1107; 2012, № 5, maddə 406, № 11, maddələr 1056, 1063; 2013, № 8, maddə 889; 2015, № 10, maddə 1107, № 11, maddə 1271; 2016, № 6, maddələr 981, 1000; 2017, № 6, maddə 1058, № 12 (I kitab), maddə 2268; 2018, № 5, maddə 881, № 7 (I kitab), maddə 1422, № 10, maddələr 1971, 1978, № 11, maddə 2225; 2019, № 4, maddələr 570, 579, № 5, maddələr 796, 812, № 11, maddə 1686; 2020, № 7, maddə 832, № 8, maddə 1009; 2021, № 8, maddə 894; Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 581-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 69-1.2-ci maddənin ikinci cümləsində “danışıqları ilə” sözləri “danışıqları, yaxud videogörüşlə” sözləri ilə əvəz edilsin.

2. 81.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısa müddətli görüşlər telefon danışıqları və ya videogörüşlərlə əvəz edilir.”.

3. 84-cü maddə üzrə:

3.1. adına “danışıqları” sözündən sonra “və videogörüşləri” sözləri əlavə edilsin;

3.2. 84.1-ci maddənin birinci cümləsinə “danışmaq” sözündən sonra “və ya videogörüş keçirmək” sözləri, üçüncü cümləsinə “danışığı” sözündən sonra “və ya videogörüş” sözləri əlavə edilsin və həmin cümlədə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin;

3.3. 84.2-ci maddəyə “danışığına” sözündən sonra “və ya videogörüşə” sözləri əlavə edilsin;

3.4. 84.3-cü maddəyə “danışıqlarına” sözündən sonra “və ya videogörüşlərinə” sözləri əlavə edilsin;

3.5. 84.4-cü maddəyə “danışıqlarına” sözündən sonra “və ya videogörüşlərə” sözləri əlavə edilsin;

3.6. aşağıdakı məzmunda 84.4-1-ci maddə əlavə edilsin:

“84.4-1. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada telefonla danışmaq və ya videogörüş keçirmək məhkumun seçimi əsasında həyata keçirilir. Videogörüşün keçirilməsi digər məhkumlardan təcrid olunmuş şəraitdə xüsusi otaqda təşkil olunur.”;

3.7. 84.5-ci maddəyə “danışıqlarına” sözündən sonra “və videogörüşlərinə” sözləri əlavə edilsin.

4. 105.1.5-ci maddəyə “danışığına” sözündən sonra “və ya videogörüşə” sözləri əlavə edilsin.

5. 110.1-ci maddənin birinci cümləsinə və 126.1-ci maddənin birinci cümləsinə “danışıqları” sözündən sonra “, videogörüşlər” sözü əlavə edilsin.

6. 119.1.5-ci maddəyə “danışa” sözündən sonra “və ya videogörüş keçirə” sözləri əlavə edilsin.

7. 122.2.4-cü maddəyə “danışmaq” sözündən sonra “və ya videogörüş keçirmək” sözləri əlavə edilsin.

8. 140-cı maddə üzrə:

8.1. 140.1-ci maddədə “telefonla danışmaq” sözləri “həmçinin telefonla danışmaq və ya videogörüş keçirmək” sözləri ilə əvəz edilsin;

8.2. 140.5-ci maddənin birinci cümləsinə “danışmaq” sözündən sonra “və ya videogörüş keçirmək” sözləri, ikinci cümləsinə “danışığı ilə” sözlərindən sonra “və ya videogörüşlə” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2022-ci il

21 Noyabr 2022, 07:11

http://www.azertag.az

9911—9920 / 10511

5 İyun 2014, 15:06

Su təsərrüfatı və meliorasiya işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

5 İyun 2014, 15:06

Su təsərrüfatı və meliorasiya işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

5 İyun 2014, 14:06

"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

"Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

"Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında   ətraflı...

5 İyun 2014, 14:06

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiyasının tərkibi haqqında   ətraflı...

5 İyun 2014, 14:06

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin bəzi məsələləri haqqında   ətraflı...

5 İyun 2014, 14:06

"Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələrinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 mart tarixli 37 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...