“Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 421, № 8, maddə 1702; 2020, № 4, maddə 397) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.1.1-ci yarımbəndə “müəyyən edilməsi” sözlərindən sonra “və onların dəyişdirilməsi” sözləri əlavə edilsin;

1.2. 3.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.2. idarəetmə orqanlarının yaradılması, onların rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;”;

1.3. aşağıdakı məzmunda 3.1.6-cı yarımbənd əlavə edilsin:

“3.1.6. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;”;

1.4. 3.2-ci bənd ləğv edilsin;

1.5. 3.3.1-ci yarımbəndə “strukturunun” sözündən sonra “, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin” sözləri əlavə edilsin;

1.6. 3.3.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.3.3-cü yarımbənd əlavə edilsin:

“3.3.3. illik maliyyə hesabatlarının təsdiqi.”;

1.7. 4.2-ci bənddən “, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi” sözləri çıxarılsın;

1.8. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi” üzrə:

1.8.1. 2-ci hissənin adından “məqsəd və fəaliyyət” sözləri çıxarılsın;

1.8.2. 2.1-ci bənd ləğv edilsin;

1.8.3. 2.2.1 – 2.2.5-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“2.2.1. gənclər siyasəti ilə bağlı yerli və beynəlxalq səviyyədə layihə və proqramları (bundan sonra – layihə) həyata keçirmək;

2.2.2. gənclər siyasətinin həyata keçirilməsində iştirak etmək;

2.2.3. gənclərin və gənclər təşkilatlarının fəaliyyətini, habelə dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən gənclər siyasəti sahəsində həyata keçirilən layihə və proqramları dəstəkləmək;

2.2.4. gənclər siyasəti sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

2.2.5. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.”;

1.8.4. 3.1.1-1-ci yarımbənddə “qanunvericilik aktlarının” sözləri “normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;

1.8.5. 3.1.1-2-ci, 3.1.11-ci, 3.1.17-ci, 3.1.18 – 3.1.24-cü, 3.1.26-cı – 3.1.28-ci yarımbəndlər ləğv edilsin;

1.8.6. 3.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Fondun səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir;”;

1.8.7. 3.1.3-cü yarımbənddən “bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun olaraq,” sözləri çıxarılsın;

1.8.8. 3.1.3-1-ci yarımbənddə “Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası” sözləri “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” sözləri ilə əvəz edilsin;

1.8.9. 3.1.4-cü yarımbəndə “istiqamətlərini” sözündən sonra “bu Nizamnaməyə uyğun olaraq” sözləri əlavə edilsin;

1.8.10. 3.1.6-cı yarımbənddən “, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi” sözləri çıxarılsın;

1.8.11. 3.1.7-ci, 3.1.8-ci, 3.1.9-cu, 3.1.10-cu və 3.1.16-cı yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“3.1.7. dövlət proqramlarında gənclər siyasəti sahəsinə aid olan istiqamətlər üzrə layihələrin maliyyələşdirilməsinə üstünlük verir;

3.1.8. gənclərin inkişafı məqsədilə yerli və beynəlxalq layihələrin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.1.9. sosial müdafiəyə ehtiyacı olan istedadlı gənclərə ölkə daxilində təhsil aldıqları müddətdə təhsil və yataqxanada yaşayış xərclərini Fondun vəsaiti hesabına, bu Nizamnamənin 3.1.6-cı yarımbəndinə uyğun olaraq müsabiqə əsasında maliyyələşdirir;

3.1.10. Fondun vəsaiti hesabına gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilini (o cümlədən qeyri-formal təhsilini), eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakını bu Nizamnamənin 3.1.6-cı yarımbəndinə uyğun olaraq müsabiqə əsasında maliyyələşdirir;”;

“3.1.16. bu Nizamnaməyə uyğun olaraq, gənclər üçün əhəmiyyət kəsb edən, habelə gənclər siyasəti sahəsində qəbul olunmuş normativ hüquqi aktlardan, dövlət proqramlarından, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn məsələlərə dair istedadlı və yaradıcı gənclərin və gənclər təşkilatlarının Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda layihələrini dəstəkləyir;”;

1.8.12. 3.1.25-ci yarımbəndə “öyrənilməsi” sözündən sonra “və gənclər təşkilatlarının fəaliyyətinə dair təhlillər aparılması” sözləri əlavə edilsin;

1.8.13. 3.1.29-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.29. gənclər təşkilatlarının maddi-texniki bazalarının möhkəmləndirilməsi üçün malların alınmasına və həmin təşkilatların saxlanmasına yardım göstərir;”;

1.8.14. 3.1.30-cu yarımbənddə “öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını” sözləri “gənclər siyasəti sahəsində görülmüş işlər və öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının, sosial şəbəkə platformalarında səhifələrinin və mobil tətbiqin yaradılmasını və mütəmadi yenilənməsini” sözləri ilə əvəz edilsin;

1.8.15. aşağıdakı məzmunda 3.1.34-1 – 3.1.34-3-cü yarımbəndlər əlavə edilsin:

“3.1.34-1. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, fəaliyyət istiqamətləri ilə bağlı elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir;

3.1.34-2. gənclər siyasəti sahəsində elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil edir;

3.1.34-3. dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahədə fəaliyyətini əlaqələndirmək;”;

1.8.16. aşağıdakı məzmunda 3.2.2-1-ci yarımbənd əlavə edilsin:

“3.2.2-1. fəaliyyət istiqamətləri ilə bağlı beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər verir;”;

1.8.17. 3.2.7-ci yarımbənddə “kənar” sözü “müstəqil” sözü ilə əvəz edilsin;

1.8.18. 3.2.12-ci və 3.2.13-cü yarımbəndlər ləğv edilsin;

1.8.19. 3.2.14-cü yarımbənddə “vəzifələrinin yerinə yetirilməsi məqsədilə” sözləri “sahibkarlıq fəaliyyəti ilə məşğul olur,” sözləri ilə əvəz edilsin;

1.8.20. aşağıdakı məzmunda 3.2.14-1-ci yarımbənd əlavə edilsin:

“3.2.14-1. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparır, işçi qruplar və komissiyalar yaradır;”;

1.8.21. 4.4-cü bəndin üçüncü cümləsi çıxarılsın;

1.8.22. 4.6-cı bəndə “müstəqildir” sözündən sonra “(bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla)” sözləri əlavə edilsin;

1.8.23. 4.7.1-1-ci yarımbənddə “Qurumun” sözü “Fondun” sözü ilə əvəz edilsin və həmin yarımbənddən “və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə” sözləri çıxarılsın;

1.8.24. 4.7.4-2-ci və 4.7.4-3-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“4.7.4-2. qrant müsabiqələrini elan edir, müsabiqə zamanı müraciət edən gənclərin və gənclər təşkilatlarının layihələrini qiymətləndirir və müsabiqənin nəticələrinə görə qalib layihələri elan edir;

4.7.4-3. layihələrin qrant müsabiqəsindən kənar maliyyələşdirilməsi üçün Fondun ayıracağı vəsaitin həcmini, istiqamətləri və ondan istifadə qaydasını müəyyən edir;”;

1.8.25. 4.7.5-ci yarımbənddə “əməkhaqqı fondunu işçilərinin say həddini və əməkhaqlarını” sözləri “əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini” sözləri ilə əvəz edilsin;

1.8.26. 4.7.6-cı və 4.7.6-4-cü yarımbəndlərdə “təsisçinin” sözü “Azərbaycan Respublikası Prezidentinin” sözləri ilə əvəz edilsin;

1.8.27. 4.7.6-1-ci yarımbənd ləğv edilsin;

1.8.28. 4.7.7-ci yarımbənddən “törəmə” sözü çıxarılsın;

1.8.29. 4.7.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.7.8. Fondda daxili audit bölməsinin fəaliyyətinə nəzarət edir və fəaliyyətinə dair hesabatlar alır, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir.”;

1.8.30. 4.8-ci bəndin birinci cümləsində “bu Nizamnamə ilə müəyyən olunmuş müddətdə” sözləri “ildə azı bir dəfə” sözləri ilə, üçüncü cümləsində “hamısı iştirak etdikdə səlahiyyətlidir (bu Nizamnamənin 4.9-3-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla)” sözləri “yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir” sözləri ilə əvəz edilsin;

1.8.31. 4.9-cu bənddə “səlahiyyətlərinin icrası Şuranın sədri tərəfindən təsdiq edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilir” sözləri “səlahiyyətlərini müvafiq əmrlə Şuranın üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir” sözləri ilə əvəz edilsin;

1.8.32. 4.9-1-ci bənddə “iclasın” sözü “, habelə İcraçı direktora və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının” sözləri ilə əvəz edilsin;

1.8.33. aşağıdakı məzmunda 4.9-5 – 4.9-7-ci bəndlər əlavə edilsin:

“4.9-5. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək İcraçı direktora göndərir.

4.9-6. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.

4.9-7. Şuranın katibi:

4.9-7.1. Şuranın iclaslarını təşkil edir;

4.9-7.2. bu Nizamnamənin 4.9-1-ci bəndində nəzərdə tutulmuş vəzifəni icra edir;

4.9-7.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;

4.9-7.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;

4.9-7.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.”;

1.8.34. 4.10.1-ci yarımbəndə “rəhbərlik edir” sözlərindən sonra “, habelə özünün və İcraçı direktorun qanunvericiliyə zidd olan qərarlarını ləğv edir” sözləri əlavə edilsin;

1.8.35. aşağıdakı məzmunda 4.14-1-ci bənd əlavə edilsin:

“4.14-1. İcraçı direktor və onun müavinləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.”;

1.8.36. 4.15.1-ci yarımbənddə “fəaliyyətini təşkil edir, onun” sözləri “, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətini təşkil edir, onların” sözləri ilə əvəz edilsin;

1.8.37. 4.15.8-ci və 4.15.13-cü yarımbəndlərdə “əməkhaqqı” sözü “əməyin ödənişi sözləri ilə əvəz edilsin;

1.8.38. 4.15.12-ci yarımbənddə “habelə məxfilik rejiminin qorunması” sözləri “məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi” sözləri ilə əvəz edilsin;

1.8.39. 4.15.16-cı yarımbənddə “, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin)” sözləri “işçilərinin, həmçinin təsərrüfat cəmiyyətlərinin rəhbərlərinin” sözləri ilə əvəz edilsin;

1.8.40. 4.15.17-ci yarımbənddə “Fondun” sözü “özünün və Fondun struktur bölmələrinin” sözləri ilə əvəz edilsin;

1.8.41. 5.1-ci bənddə “115 000 (yüz on beş min)” sözləri “250 000 (iki yüz əlli min)” sözləri ilə əvəz edilsin;

1.8.42. aşağıdakı məzmunda 5.4-1-ci və 5.7-ci bəndlər əlavə edilsin:

“5.4-1. Fondun mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülür.”;

“5.7. Fondun məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.”;

1.8.43. 6.1-ci bənddə “həyata keçirir” sözləri “və bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Fondun idarəetmə orqanları həyata keçirirlər” sözləri ilə əvəz edilsin;

1.8.44. 7.2-ci bənddən “statistik uçot aparır,” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 noyabr 2022-ci il

18 Noyabr 2022, 08:11

http://www.azertag.az

201—210 / 10511

26 Yanvar 2023, 14:01

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

26 Yanvar 2023, 14:01

Ə.C.Əhmədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

26 Yanvar 2023, 14:01

Milli Aviasiya Akademiyasının bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 Yanvar 2023, 08:01

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədindən buraxılış məntəqələrinin və onlara nəqliyyat giriş yollarının əlaqələndirilmiş inkişafı məqsədilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 Yanvar 2023, 08:01

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında Beynəlxalq tibbi sanitariya qaydalarının (2005-ci il) tətbiqi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 Yanvar 2023, 08:01

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında taunun sərhədyanı təbii ocaqları olan ərazilərdə epidemioloji salamatlığın təmin olunması haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 Yanvar 2023, 08:01

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında fiziki şəxslər tərəfindən nağd pul vəsaitinin və (və ya) pul alətlərinin transsərhəd hərəkəti zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 Yanvar 2023, 08:01

Azərbaycan Respublikası Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 18 may tarixli 1340 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 Yanvar 2023, 08:01

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 1998-ci il 13 mart tarixli 684 nömrəli, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 24 fevral tarixli 373 nömrəli, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 2 avqust tarixli 438 nömrəli, “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması haqqında” 2007-ci il 12 mart tarixli 543 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 Yanvar 2023, 08:01

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 666-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 22 yanvar tarixli 265 nömrəli, “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 297 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...