“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2316; 2020, № 7, maddə 875) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi”nin 3.1.5-ci, 3.1.11-ci, 3.1.31-ci, 4.7.6-cı, 4.7.21-ci, 4.7.27-ci yarımbəndlərinə, 5.4-cü və 7.4-cü bəndlərinə “təsərrüfat cəmiyyətlərinin” sözlərindən sonra “və tabeliyindəki digər qurumların” sözləri əlavə edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin strukturu”na aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:
“5. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan publik hüquqi şəxslər.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 oktyabr 2022-ci il
11 Oktyabr 2022, 07:1020 Noyabr 2017, 09:11
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında ətraflı...
20 Noyabr 2017, 09:11
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
20 Noyabr 2017, 09:11
“Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında ətraflı...
20 Noyabr 2017, 09:11
“Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında ətraflı...
20 Noyabr 2017, 09:11
“Əməkdar müəllim” fəxri adının verilməsi haqqında ətraflı...
17 Noyabr 2017, 09:11
Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında ətraflı...
17 Noyabr 2017, 09:11
Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
17 Noyabr 2017, 09:11
Ə.T.Əmiraslanovun “Şərəf”ordeni ilə təltif edilməsi haqqında ətraflı...
16 Noyabr 2017, 09:11
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
16 Noyabr 2017, 09:11
Azərbaycanda seçkilərin tarixi toplusunun hazırlanması, nəşri və ictimailəşdirilməsi barədə ətraflı...