Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin avtomobil yollarının və yol qurğularının daha etibarlı qorunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (bundan sonra – Agentlik) tabeliyində “Avtomobil Yollarının Mühafizə Xidməti” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

2. Müəyyən edilsin ki:

2.1. Avtomobil Yollarının Mühafizə Xidməti (bundan sonra – Xidmət) Agentliyin balansına verilmiş avtomobil yollarının, eləcə də körpülərin, tunellərin və digər yol qurğularının qorunmasını təşkil edən publik hüquqi şəxsdir;

2.2. Xidmətin ləğvi və yenidən təşkili ilə bağlı təsisçinin səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi isə Agentliyə həvalə edilir;

2.3. Xidmətin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaiti hesabına maliyyələşdirilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Xidmət dövlət qeydiyyatına alındıqdan sonra Agentliyin “Avtomobil Yollarının Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı əmlakın Xidmətin balansına verilməsi ilə bağlı bir ay müddətində tədbirlər görsün;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Agentlik:

4.1. Xidmətin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

4.2. Xidmətin nizamnaməsini, strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini iki ay müddətində təsdiq etsin;

4.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

5. Xidmət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Agentliyin “Avtomobil Yollarının Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyətini davam etdirsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 oktyabr 2022-ci il

11 Oktyabr 2022, 07:10

http://www.azertag.az

3181—3190 / 10511

21 Noyabr 2018, 08:11

Azərbaycan Respublikası hakimlərinin və ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Noyabr 2018, 08:11

Azərbaycan Respublikasının hakimlərinə və ədliyyə orqanları işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Noyabr 2018, 08:11

P.H.Süleymanovun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Noyabr 2018, 08:11

B.H.Salayevin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Noyabr 2018, 08:11

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 15 noyabr tarixli 1334-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Noyabr 2018, 08:11

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Noyabr 2018, 08:11

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 iyun tarixli 493 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 noyabr tarixli 21 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Noyabr 2018, 08:11

Azərbaycan Respublikası Prezidentinin “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2012-ci il 24 aprel tarixli 613 nömrəli, “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 538-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 19 aprel tarixli 1339 nömrəli və “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1180-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 18 iyul tarixli 211 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Noyabr 2018, 08:11

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2002-ci il 12 dekabr tarixli 823 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 23 aprel tarixli 53 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1181-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 18 iyul tarixli 212 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Noyabr 2018, 08:11

“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1312-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 139 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...