Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 485; 2005, № 10, maddə 910; 2006, № 9, maddə 741; 2008, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü bənddə “və digər yerli dövlət arxivləri” sözləri “, dövlət arxivinin filialları və sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivləri” sözləri ilə əvəz edilsin;

1.2. 4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4. İdarənin saxlanılması və fəaliyyəti ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.”;

1.3. 7.3-cü, 7.8-ci və 8.4-cü bəndlərdə ismin müvafiq hallarında “uçotu” sözü ismin müvafiq hallarında “qeydiyyatı” sözü ilə əvəz edilsin;

1.4. aşağıdakı məzmunda 7.9-2-ci bənd əlavə edilsin:

“7.9-2. arxiv işi sahəsində kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;”;

1.5. 8.2-ci bənddə “uçotunu” sözü “qeydiyyatını” sözü ilə, “mühafizəsi və istifadəsi üzərində” sözləri “komplektləşdirilməsi, dövlət qeydiyyatı, mühafizəsi və istifadəsi sahəsində “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin icrasına” sözləri ilə əvəz edilsin;

1.6. 8.8-ci bənddə “arxiv işində elektron avtomatik informasiya sisteminin tətbiqi və istifadəsi üzrə texniki təchizat siyasətini müəyyən edir, informasiya şəbəkəsi və bazası yaradılması işini təşkil edir” sözləri “informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsini, arxiv sənədlərinin rəqəmsallaşdırılmasını və vahid elektron arxiv məlumat sisteminin yaradılmasını təmin edir” sözləri ilə əvəz edilsin;

1.7. 8.10-cu bənddə “saxlama müddətləri də göstərilməklə sənədlərin nümunəvi siyahılarını işləyib hazırlayır və təsdiq edir, idarələr tərəfindən saxlama müddətləri göstərilməklə işlənib hazırlanmış siyahılara baxır və” sözləri “dövlət orqanlarının (qurumlarının), bələdiyyə orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin saxlanılma müddəti göstərilməklə nümunəvi siyahısını və həmin müddətlərin tətbiqi qaydasını təsdiq edir, dövlət orqanları (qurumları), bələdiyyə orqanları, idarə, müəssisə və təşkilatlar tərəfindən hazırlanmış arxiv sənədlərinin sahə siyahılarını” sözləri ilə əvəz edilsin;

1.8. 8.14-cü bənd ləğv edilsin;

1.9. 8.15-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.15. dövlət arxiv xidməti təşkilatlarının fəaliyyət sahələri üzrə ödənişli arxiv xidmətlərinin siyahısı və onların göstərilməsinə görə xidmət haqlarının məbləği barədə aidiyyəti üzrə təkliflər verir;”;

1.10. 8.16-cı bəndin üçüncü cümləsinə “dövlət arxiv” sözlərindən sonra “xidməti” sözü əlavə edilsin;

1.11. aşağıdakı məzmunda 9.4-1-ci bənd əlavə edilsin:

“9.4-1. arxiv işi sahəsi üzrə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin arxiv xidməti qurumları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin arxiv işi sahəsindəki təcrübəsini öyrənmək;”;

1.12. 13.3-cü bənddə “və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir” sözləri “, tabeliyində olan qurumların, Elmi-Metodiki Şuranın və Mərkəzi Ekspert-Yoxlama Komissiyasının əsasnamələrini, strukturuna daxil olmayan tabeliyindəki qurumların nizamnamələrini təsdiq edir, həmçinin bu Əsasnamənin 15-1-ci bəndi ilə İdarənin kollegiyasının (bundan sonra – kollegiya) səlahiyyətlərinə aid edilməyən məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir” sözləri ilə əvəz edilsin;

1.13. aşağıdakı məzmunda 13.3-1-ci bənd əlavə edilsin:

“13.3-1. Apellyasiya Şurasının sədrini, habelə Apellyasiya Şurası sədrinin təqdimatı (təklifi) əsasında Apellyasiya Şurasının digər üzvlərini, katibliyin rəhbərini və tərkibini təsdiq edir;”;

1.14. 13.4-cü və 13.6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

“13.4. əmrlər və sərəncamlar formasında qeyri-normativ hüquqi aktları qəbul edir, onların və İdarədə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir, habelə İdarənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;”;

“13.6. İdarənin aparatının işçilərini, strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;”;

1.15. 14-cü bəndin birinci cümləsində “İdarə sisteminin” sözləri “Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının rəhbəri, İdarənin rəhbər işçiləri” sözləri ilə əvəz edilsin və həmin bəndin ikinci cümləsindən “şəxsi” sözü çıxarılsın;

1.16. 15-ci bənd aşağıdakı redaksiyada verilsin:

“15. “Kollegiya öz iclasında İdarənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.”;

1.17. aşağıdakı məzmunda 15-1-ci bənd əlavə edilsin:

“15-1. Kollegiya qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

15-1.1. İdarə ilə digər şəxslər (qurumlar) arasındakı münasibətləri tənzimləyən normativ hüquqi aktları;

15-1.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən İdarəyə tapşırılmış konkret normativ hüquqi aktları;

15-1.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;

15-1.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları (qurumları) ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;

15.1.5. İdarə rəisinin təşəbbüsü ilə kollegiyanın müzakirəsinə çıxarılan bu Əsasnamənin 13.3-cü bəndində nəzərdə tutulmuş normativ hüquqi aktları;

15-1.6. bu Əsasnamənin 15-1.1–15-1.5-ci bəndlərinə uyğun olaraq kollegiyanın qəbul etdiyi normativ hüquqi aktların ləğvi və onlarda dəyişikliklər edilməsi barədə normativ hüquqi aktları.”;

1.18. 17-ci bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Kollegiyanın qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiya sədrinin səsi həlledici hesab edilir.”;

1.19. aşağıdakı məzmunda 17-1-ci bənd əlavə edilsin:

“17-1. Kollegiyanın üzvləri arasında fikir ayrılığı yarandığı hallarda İdarənin rəisi bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməklə öz qərarını həyata keçirir. Kollegiyanın üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edə bilərlər.”;

1.20. 18-ci bəndə “nümayəndələri” sözündən əvvəl “, qeyri-hökumət təşkilatlarının” sözləri əlavə edilsin;

1.21. 19-cu bənddə “Elmi” sözü “Elmi-Metodiki” sözləri ilə əvəz edilsin;

1.22. 20-ci bənd ləğv edilsin;

1.23. aşağıdakı məzmunda 21-ci bənd əlavə edilsin:

“21. Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı İdarənin qərarlarından, hərəkət və hərəkətsizliyindən (Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”də nəzərdə tutulmuş hallar istisna olmaqla) verilmiş təkrar şikayətlərə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılır.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin aparatının, onun strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin say həddini bir ay müddətində müəyyən etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 avqust 2022-ci il

18 Avqust 2022, 15:08

http://www.azertag.az

531—540 / 10511

27 İyul 2022, 09:07

“Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

27 İyul 2022, 09:07

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

27 İyul 2022, 09:07

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

27 İyul 2022, 09:07

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 17 iyun tarixli 547-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2011-ci il 15 fevral tarixli 383 nömrəli və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

27 İyul 2022, 09:07

Mərkəzi Seçki Komissiyasının 27 may 2022-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

27 İyul 2022, 09:07

Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın yenidən formalaşdırılması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

27 İyul 2022, 09:07

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

26 İyul 2022, 08:07

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

26 İyul 2022, 08:07

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

26 İyul 2022, 08:07

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 17 iyun tarixli 546-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 13 iyun tarixli 723 nömrəli və “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli 204 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...