Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 485; 2005, № 10, maddə 910; 2006, № 9, maddə 741; 2008, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3-cü bənddə “və digər yerli dövlət arxivləri” sözləri “, dövlət arxivinin filialları və sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivləri” sözləri ilə əvəz edilsin;
1.2. 4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“4. İdarənin saxlanılması və fəaliyyəti ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.”;
1.3. 7.3-cü, 7.8-ci və 8.4-cü bəndlərdə ismin müvafiq hallarında “uçotu” sözü ismin müvafiq hallarında “qeydiyyatı” sözü ilə əvəz edilsin;
1.4. aşağıdakı məzmunda 7.9-2-ci bənd əlavə edilsin:
“7.9-2. arxiv işi sahəsində kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;”;
1.5. 8.2-ci bənddə “uçotunu” sözü “qeydiyyatını” sözü ilə, “mühafizəsi və istifadəsi üzərində” sözləri “komplektləşdirilməsi, dövlət qeydiyyatı, mühafizəsi və istifadəsi sahəsində “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin icrasına” sözləri ilə əvəz edilsin;
1.6. 8.8-ci bənddə “arxiv işində elektron avtomatik informasiya sisteminin tətbiqi və istifadəsi üzrə texniki təchizat siyasətini müəyyən edir, informasiya şəbəkəsi və bazası yaradılması işini təşkil edir” sözləri “informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsini, arxiv sənədlərinin rəqəmsallaşdırılmasını və vahid elektron arxiv məlumat sisteminin yaradılmasını təmin edir” sözləri ilə əvəz edilsin;
1.7. 8.10-cu bənddə “saxlama müddətləri də göstərilməklə sənədlərin nümunəvi siyahılarını işləyib hazırlayır və təsdiq edir, idarələr tərəfindən saxlama müddətləri göstərilməklə işlənib hazırlanmış siyahılara baxır və” sözləri “dövlət orqanlarının (qurumlarının), bələdiyyə orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin saxlanılma müddəti göstərilməklə nümunəvi siyahısını və həmin müddətlərin tətbiqi qaydasını təsdiq edir, dövlət orqanları (qurumları), bələdiyyə orqanları, idarə, müəssisə və təşkilatlar tərəfindən hazırlanmış arxiv sənədlərinin sahə siyahılarını” sözləri ilə əvəz edilsin;
1.8. 8.14-cü bənd ləğv edilsin;
1.9. 8.15-ci bənd aşağıdakı redaksiyada verilsin:
“8.15. dövlət arxiv xidməti təşkilatlarının fəaliyyət sahələri üzrə ödənişli arxiv xidmətlərinin siyahısı və onların göstərilməsinə görə xidmət haqlarının məbləği barədə aidiyyəti üzrə təkliflər verir;”;
1.10. 8.16-cı bəndin üçüncü cümləsinə “dövlət arxiv” sözlərindən sonra “xidməti” sözü əlavə edilsin;
1.11. aşağıdakı məzmunda 9.4-1-ci bənd əlavə edilsin:
“9.4-1. arxiv işi sahəsi üzrə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin arxiv xidməti qurumları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin arxiv işi sahəsindəki təcrübəsini öyrənmək;”;
1.12. 13.3-cü bənddə “və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir” sözləri “, tabeliyində olan qurumların, Elmi-Metodiki Şuranın və Mərkəzi Ekspert-Yoxlama Komissiyasının əsasnamələrini, strukturuna daxil olmayan tabeliyindəki qurumların nizamnamələrini təsdiq edir, həmçinin bu Əsasnamənin 15-1-ci bəndi ilə İdarənin kollegiyasının (bundan sonra – kollegiya) səlahiyyətlərinə aid edilməyən məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir” sözləri ilə əvəz edilsin;
1.13. aşağıdakı məzmunda 13.3-1-ci bənd əlavə edilsin:
“13.3-1. Apellyasiya Şurasının sədrini, habelə Apellyasiya Şurası sədrinin təqdimatı (təklifi) əsasında Apellyasiya Şurasının digər üzvlərini, katibliyin rəhbərini və tərkibini təsdiq edir;”;
1.14. 13.4-cü və 13.6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:
“13.4. əmrlər və sərəncamlar formasında qeyri-normativ hüquqi aktları qəbul edir, onların və İdarədə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir, habelə İdarənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;”;
“13.6. İdarənin aparatının işçilərini, strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;”;
1.15. 14-cü bəndin birinci cümləsində “İdarə sisteminin” sözləri “Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının rəhbəri, İdarənin rəhbər işçiləri” sözləri ilə əvəz edilsin və həmin bəndin ikinci cümləsindən “şəxsi” sözü çıxarılsın;
1.16. 15-ci bənd aşağıdakı redaksiyada verilsin:
“15. “Kollegiya öz iclasında İdarənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.”;
1.17. aşağıdakı məzmunda 15-1-ci bənd əlavə edilsin:
“15-1. Kollegiya qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:
15-1.1. İdarə ilə digər şəxslər (qurumlar) arasındakı münasibətləri tənzimləyən normativ hüquqi aktları;
15-1.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən İdarəyə tapşırılmış konkret normativ hüquqi aktları;
15-1.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;
15-1.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları (qurumları) ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;
15.1.5. İdarə rəisinin təşəbbüsü ilə kollegiyanın müzakirəsinə çıxarılan bu Əsasnamənin 13.3-cü bəndində nəzərdə tutulmuş normativ hüquqi aktları;
15-1.6. bu Əsasnamənin 15-1.1–15-1.5-ci bəndlərinə uyğun olaraq kollegiyanın qəbul etdiyi normativ hüquqi aktların ləğvi və onlarda dəyişikliklər edilməsi barədə normativ hüquqi aktları.”;
1.18. 17-ci bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Kollegiyanın qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiya sədrinin səsi həlledici hesab edilir.”;
1.19. aşağıdakı məzmunda 17-1-ci bənd əlavə edilsin:
“17-1. Kollegiyanın üzvləri arasında fikir ayrılığı yarandığı hallarda İdarənin rəisi bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməklə öz qərarını həyata keçirir. Kollegiyanın üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edə bilərlər.”;
1.20. 18-ci bəndə “nümayəndələri” sözündən əvvəl “, qeyri-hökumət təşkilatlarının” sözləri əlavə edilsin;
1.21. 19-cu bənddə “Elmi” sözü “Elmi-Metodiki” sözləri ilə əvəz edilsin;
1.22. 20-ci bənd ləğv edilsin;
1.23. aşağıdakı məzmunda 21-ci bənd əlavə edilsin:
“21. Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı İdarənin qərarlarından, hərəkət və hərəkətsizliyindən (Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”də nəzərdə tutulmuş hallar istisna olmaqla) verilmiş təkrar şikayətlərə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılır.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin aparatının, onun strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin say həddini bir ay müddətində müəyyən etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 avqust 2022-ci il
18 Avqust 2022, 15:085 Yanvar 2023, 14:01
Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 Dekabr 2022, 15:12
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 21 mart tarixli 969 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
30 Dekabr 2022, 14:12
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
29 Dekabr 2022, 11:12
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”ın təsdiq edilməsi haqqında” 2000-ci il 6 mart tarixli 347 nömrəli, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 351 nömrəli, “2001-ci il martın 12-də Ankara şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış sənədlər haqqında” 2001-ci il 8 may tarixli 717 nömrəli, “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1368 nömrəli 2001-ci il 12 sentyabr tarixli, 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli və 1377 nömrəli 2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər planı haqqında” 2002-ci il 11 may tarixli 920 nömrəli, “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli, “Azərbaycan Respublikası vergi xidməti işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında” 2005-ci il 1 fevral tarixli 607 nömrəli, “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli və “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə” 2007-ci il 28 iyul tarixli 2292 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 Dekabr 2022, 11:12
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan gəncliyi 2011 – 2015-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 7 iyul tarixli 1621 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2011-ci il 21 noyabr tarixli 1850 nömrəli, “Açıq Hökumətin təşviqinə dair 2012 – 2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli 2837 nömrəli, “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2014-cü il 16 yanvar tarixli 221 nömrəli və “2014 – 2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 4 noyabr tarixli 827 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 Dekabr 2022, 11:12
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında” 1997-ci il 14 noyabr tarixli 692 nömrəli, “Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun yaradılması haqqında” 2004-cü il 17 sentyabr tarixli 394 nömrəli, “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 2005-ci il 1 iyun tarixli 834 nömrəli, “Azərbaycan Respublikasının ərazisindən Qazaxıstan neftinin nəql edilməsi məsələlərinin işlənib hazırlanması ilə əlaqədar bəzi tədbirlər haqqında” 2005-ci il 14 sentyabr tarixli 1000 nömrəli, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” 2006-cı il 25 avqust tarixli 1638 nömrəli və “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” 2006-cı il 26 avqust tarixli 1640 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 Dekabr 2022, 11:12
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” 2002-ci il 30 iyun tarixli 965 nömrəli, “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” 2002-ci il 30 iyun tarixli 966 nömrəli və “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” 2007-ci il 22 may 2186 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 Dekabr 2022, 11:12
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2009-cu il 24 iyul tarixli 417 nömrəli, “Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2009-cu il 10 avqust tarixli 438 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2009-cu il 4 noyabr tarixli 579 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2011-ci il 13 may tarixli 1502 nömrəli, “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2011-ci il 7 iyun tarixli 1541 nömrəli və “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2012-ci il 8 fevral tarixli 1993 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 Dekabr 2022, 11:12
Azərbaycan Respublikası Prezidentinin “Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” 2018-ci il 1 mart tarixli 3736 nömrəli, “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” 2018-ci il 6 iyul tarixli 293 nömrəli, “Mingəçevir Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” 2018-ci il 30 iyul tarixli 366 nömrəli, “BMT-nin insan hüquqları mexanizmləri üzrə qurumları ilə əməkdaşlığın səmərəliliyinin artırılması haqqında” 2018-ci il 20 sentyabr tarixli 504 nömrəli, “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 696 nömrəli və “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” 2019-cu il 22 oktyabr tarixli 1498 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Dekabr 2022, 15:12
Azərbaycan Respublikası Prezidentinin “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 3 aprel tarixli 1251-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 29 aprel tarixli 505 nömrəli, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 417-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 25 yanvar tarixli 1208 nömrəli, “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli 1235 nömrəli, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 597-VQD nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 3 iyun tarixli 1447 nömrəli, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1008-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 aprel tarixli 1916 nömrəli, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 500 nömrəli və “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 16 aprel tarixli 647 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...