“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində, 9-cu maddəsinin beşinci hissəsinin ikinci cümləsində, 10-cu maddəsinin üçüncü hissəsində və beşinci hissəsinin ikinci cümləsində (hər iki halda), 13-cü maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsinin birinci və üçüncü cümlələrində, 16-cı maddəsinin altıncı hissəsində, 18-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 10-cu maddəsinin üçüncü hissəsində və beşinci hissəsinin ikinci cümləsində (birinci halda), 15-ci maddəsinin ikinci hissəsinin üçüncü cümləsində, 16-cı maddəsinin altıncı hissəsində, 18-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 7-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində, 9-cu maddəsinin beşinci hissəsinin ikinci cümləsində, 10-cu maddəsinin beşinci hissəsinin ikinci cümləsində (ikinci halda), 13-cü maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 18-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. üç ay müddətində:
2.1.1. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin üçüncü hissəsinə uyğun olaraq arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.1.2. həmin Qanunun 15-ci maddəsinin ikinci hissəsinin üçüncü cümləsinə uyğun olaraq ödənişli arxiv xidmətlərinin siyahısını və onların göstərilməsinə görə xidmət haqlarının məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.1.3. həmin Qanunun 18-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsinə uyğun olaraq dövlət arxiv xidməti işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və dövlət arxiv xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin hesabına köçürülən vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.1.4. həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsinin ikinci cümləsinə uyğun olaraq arxiv fondlarının tərkibi və həcmi barədə məlumatların verilməsi formasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.1.5. həmin Qanunun 16-cı maddəsinin altıncı hissəsinə uyğun olaraq Milli arxiv fondu sənədlərindən istifadə qaydasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 430; 2006, № 8, maddə 435; 2013, № 8, maddə 899; 2016, № 3, maddə 464) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki:
2.1. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində, 9-cu maddəsinin beşinci hissəsinin ikinci cümləsində, 10-cu maddəsinin üçüncü hissəsində, beşinci hissəsinin birinci cümləsində (birinci halda) və ikinci cümləsində (hər iki halda), 13-cü maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsinin birinci və üçüncü cümlələrində, 16-cı maddəsinin altıncı hissəsində, 18-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 4-cü maddəsinin dördüncü hissəsində, 7-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 10-cu maddəsinin beşinci hissəsinin birinci cümləsində (ikinci halda) və yeddinci hissəsində, 14-cü maddəsinin birinci hissəsinin ikinci cümləsində və 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 10-cu maddəsinin üçüncü hissəsində və beşinci hissəsinin ikinci cümləsində (birinci halda), 15-ci maddəsinin ikinci hissəsinin üçüncü cümləsində, 16-cı maddəsinin altıncı hissəsində, 18-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
2.4. həmin Qanunun 16-cı maddəsinin üçüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya həyata keçirir;
2.5. həmin Qanunun 6-cı maddəsinin dördüncü hissəsində, 7-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, 11-ci maddəsinin birinci hissəsində, 12-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində və 14-cü maddəsinin birinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi həyata keçirir;
2.6. həmin Qanunun 13-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.7. həmin Qanunun 7-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində, 9-cu maddəsinin beşinci hissəsinin ikinci cümləsində, 10-cu maddəsinin beşinci hissəsinin ikinci cümləsində (ikinci halda), 13-cü maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 18-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi nəzərdə tutulur;
2.8. həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsinin birinci cümləsində “elmi təşkilat” dedikdə Azərbaycan Milli Elmlər Akademiyası nəzərdə tutulur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 avqust 2022-ci il
18 Avqust 2022, 15:087 Yanvar 2021, 15:01
“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
6 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
6 Yanvar 2021, 19:01
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Banklar haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
6 Yanvar 2021, 19:01
“Şərti maliyyə vahidi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
6 Yanvar 2021, 19:01
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
5 Yanvar 2021, 19:01
Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Yanvar 2021, 19:01
A.Q.Kərimovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Yanvar 2021, 19:01
A.Q.Kərimovun Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
4 Yanvar 2021, 20:01
“Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
4 Yanvar 2021, 20:01
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...