“Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsinin və prokurorluq işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 909-IVQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

“Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsinin və prokurorluq işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 794; 2008, № 1, maddə 9; 2011, № 3, maddə 183, № 4, maddə 273, № 5, maddə 379; 2013, № 6, maddə 653) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında, preambulada, 1-ci hissədə və 2.2-ci bənddə “İdarəsinin” sözü “Baş İdarəsinin” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsi” üzrə:

2.1. adında “İdarəsinin” sözü “Baş İdarəsinin” sözləri ilə, 1-ci bənddə “İdarəsi” sözü “Baş İdarəsi” sözləri ilə, “İdarə” sözü “Baş İdarə” sözləri ilə, II, III, IV hissələrdə, 8, 10, 12 və 18-ci bəndlərdə, 5.3, 5.9, 19.1 (hər iki halda), 19.8, 19.9, 19.11 və 19.12-ci yarımbəndlərdə “İdarənin” sözü “Baş İdarənin” sözləri ilə, 2 - 7-ci, 9, 11, 13, 14, 19 və 20-ci (hər iki halda) bəndlərdə, 7.11-ci yarımbənddə “İdarə” sözü “Baş İdarə” sözləri ilə, 7.10, 12.1 və 19.14-cü yarımbəndlərdə “İdarədə” sözü “Baş İdarədə” sözləri ilə və 19.10-cu yarımbənddə “İdarəni” sözü “Baş İdarəni” sözləri ilə əvəz edilsin;

2.2. 2-ci bənddə “ixtisaslaşmış qurumdur” sözləri “ixtisaslaşdırılmış prokurorluq orqanıdır” sözləri ilə əvəz edilsin;

2.3. 5.5-ci yarımbənddə “hazırlayır” sözündən sonra “, həmin fəaliyyəti həyata keçirərkən normativ hüquqi aktlarda və onların layihələrində korrupsiya hüquqpozmalarına şərait yaradan hallar müəyyən etdikdə, onların aradan qaldırılması üçün Baş Prokuror qarşısında məsələ qaldırır” sözləri əlavə edilsin;

2.4. 9-cu bənddə “Baş Prokurorluğunun idarə və şöbələri,” sözləri “Baş Prokurorluğu və” sözləri ilə əvəz edilsin;

2.5. 15-17-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“15. Baş İdarədə idarə, şöbə və digər struktur bölmələri yaradıla bilər. Baş İdarənin tərkibində yaradılan struktur bölmələrinin səlahiyyətləri Baş prokuror tərəfindən müəyyən edilir.

16. Baş İdarəyə vəzifəsinə görə Baş prokurorun müavini hesab edilən Baş İdarənin rəisi rəhbərlik edir. Baş İdarə rəisini Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

17. Baş İdarənin işçilərini Baş prokuror vəzifəyə təyin və vəzifədən azad edir. Baş İdarənin rəisi həmin şəxslərin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təqdimat verir.”;

2.6. 19.11-ci yarımbənddə “şöbələrin” sözü “idarə, şöbə və digər struktur bölmələrinin” sözləri ilə əvəz edilsin.

3. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin prokurorluq işçilərinin ümumi say tərkibi” üzrə:

3.1. adında “İdarəsinin” sözü “Baş İdarəsinin” sözləri ilə əvəz edilsin;

3.2. mətnində “İdarəsinin” sözü “Baş İdarəsinin” sözləri ilə, “100” rəqəmləri “140” rəqəmləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 iyul 2014-cü il.

25 İyul 2014, 09:07

http://www.azertag.net

10121—10130 / 10511

22 Aprel 2014, 14:04

"Tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasını həyata keçirən müəssisələrin laboratoriyalarının, habelə sınaq laboratoriyalarının akkreditasiyası Qaydaları"nın təsdiq edilməsi barədə   ətraflı...

22 Aprel 2014, 14:04

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

22 Aprel 2014, 09:04

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI   ətraflı...

10 Aprel 2014, 09:04

Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında   ətraflı...

10 Aprel 2014, 09:04

Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

4 Aprel 2014, 16:04

Ş.H.Xanbabayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

4 Aprel 2014, 10:04

"Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

4 Aprel 2014, 10:04

"Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə   ətraflı...

4 Aprel 2014, 10:04

"Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

4 Aprel 2014, 10:04

"Viza blankının doldurulması Qaydası"nın, "Viza almaq üçün ərizə-anket"in nümunəsinin və "Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti"nin nümunəsinin təsdiq edilməsi haqqında   ətraflı...