Azərbaycan Respublikası Prezidentinin “Birləşmiş Millətlər Təşkilatının “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt üzrə Azərbaycan Respublikasının dördüncü dövri məruzəsinin hazırlanması və təqdim olunması barədə” 2018-ci il 5 fevral tarixli 3643 nömrəli, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 12 fevral tarixli 3660 nömrəli, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 3 may tarixli 38 nömrəli, “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 sentyabr tarixli 497 nömrəli, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 27 dekabr tarixli 852 nömrəli və “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 aprel tarixli 1143 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Birləşmiş Millətlər Təşkilatının “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt üzrə Azərbaycan Respublikasının dördüncü dövri məruzəsinin hazırlanması və təqdim olunması barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli 3643 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 247) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. doqquzuncu abzasdan “və Turizm” sözləri çıxarılsın;
1.2. onuncu abzasda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;
1.3. on beşinci abzasdan “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri çıxarılsın;
1.4. on yeddinci abzasdan “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri çıxarılsın;
1.5. iyirmi birinci və iyirmi ikinci abzaslar müvafiq olaraq iyirmi ikinci və iyirmi üçüncü abzaslar hesab olunsun və aşağıdakı məzmunda iyirmi birinci abzas əlavə edilsin:
“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi”;
1.6. iyirmi ikinci abzasda “Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası” sözləri “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 fevral tarixli 3660 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 263, № 11, maddə 2287; 2019, № 4, maddə 698, № 5, maddə 909; 2021, № 11, maddə 1235) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın 8-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 8.1.3-cü yarımbəndin “İcraçılar” sütunundan “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, ” sözləri çıxarılsın;
2.2. 8.4.8-ci yarımbəndin “İcraçılar” sütunundan “, Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 275; 2019, № 5, maddə 877, № 8, maddə 1065, № 11, maddə 1377) ilə təsdiq edilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 5.1.2.1-ci və 5.1.2.2-ci yarımbəndlərin “İcraçılar” sütunundan “, VN” akronimi çıxarılsın;
3.2. 5.1.2.9-cu yarımbəndin “İcraçılar” sütunundan “, ƏMDK” akronimi çıxarılsın;
3.3. 5.2.6-cı yarımbəndin “İcraçılar” sütununda “SMPDK” akronimi “İN” akronimi ilə əvəz edilsin;
3.4. “Akronimlər” bəndindən “ƏMDK – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri çıxarılsın.
4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 may tarixli 38 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 977, № 11, maddə 2287; 2019, № 5, maddə 909) ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın 7-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.3-cü bəndin “İcraçılar” sütunundan “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi,” sözləri çıxarılsın;
4.2. 1.5-ci bəndin “İcraçılar” sütununda “, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
4.3. 2.5-ci, 4.3-cü və 5.4-cü bəndlərin “İcraçılar” sütunundan “, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri çıxarılsın;
4.4. 5.3-cü bəndin “İcraçılar” sütunundan “, Vergilər Nazirliyi” sözləri çıxarılsın və həmin bənddə “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin.
5. “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 sentyabr tarixli 497 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1882) 2.3-cü bəndində “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə, “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin və həmin bənddən “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin,” sözləri çıxarılsın.
6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12, maddə 2701; 2021, № 6 (I kitab), maddə 606; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 31 may tarixli 3291 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın 7-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
6.1. 7.1.10.1-ci yarımbəndin “Digər icraçı qurumlar” sütununda “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
6.2. 7.2.4.3-cü və 7.3.1.2-ci yarımbəndlərin “Əsas icraçı qurum” sütununda “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə, 7.2.4.3-cü yarımbəndin “Digər icraçı qurumlar” sütununda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;
6.3. 7.2.4.4-cü yarımbəndin “Digər icraçı qurumlar” sütununda “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
6.4. 7.3.1.3-cü yarımbəndin “Əsas icraçı qurum” sütununda “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
6.5. 7.3.3.1-ci yarımbənddə “Digər icraçı qurumlar” sütunundan “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi,” sözləri çıxarılsın.
7. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 730; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 31 may tarixli 3297 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın “10. Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:
7.1. 10.2.2-ci yarımbənddə “Digər icraçılar” sütununda “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
7.2. 10.2.4-cü və 10.6.4-cü yarımbəndlərdə “Digər icraçılar” sütununda “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
7.3. 10.9.4-cü yarımbəndin “Digər icraçılar” sütunundan “, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 avqust 2022-ci il
4 Avqust 2022, 14:0815 Aprel 2022, 08:04
Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “GL International LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
15 Aprel 2022, 08:04
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
15 Aprel 2022, 07:04
“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
15 Aprel 2022, 07:04
“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
15 Aprel 2022, 07:04
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə” 2020-ci il 11 iyun tarixli 199 nömrəli və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ətraflı...
13 Aprel 2022, 15:04
Azərbaycan Respublikası Prezidentinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 1999-cu il 30 dekabr tarixli 244 nömrəli, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 617-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2013-cü il 16 may tarixli 896 nömrəli, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli və “Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 796-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2013-cü il 15 noyabr tarixli 25 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
13 Aprel 2022, 15:04
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 13 dekabr tarixli 328 nömrəli, “Hərbi nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında” 2006-cı il 29 mart tarixli 382 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1159-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 2 fevral tarixli 451 nömrəli və “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 14 yanvar tarixli 727 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
13 Aprel 2022, 15:04
Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli, “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 fevral tarixli 527 nömrəli, “Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 fevral tarixli 1500-VQD nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 12 mart tarixli 585 nömrəli və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
13 Aprel 2022, 15:04
T.T.Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 Aprel 2022, 15:04
Q.O.Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...