Azərbaycan Respublikası Prezidentinin “Dövlət sanatoriya-kurort və mehmanxana təsərrüfatlarının özəlləşdirilməsi haqqında” 1997-ci il 27 noyabr tarixli 697 nömrəli, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan şərab (o cümlədən ilkin şərab emalı), şampan və konyak zavodlarının, tütün fermentləşdirici fabriklərin və tütün kombinatının, çay emalı və çayçəkici fabriklərinin özəlləşdirilməsi haqqında” 1998-ci il 19 may tarixli 804 nömrəli, “Bakı ağır elektrik qaynaq avadanlıqları zavodunun özəlləşdirilməsi haqqında” 1998-ci il 2 iyul tarixli 845 nömrəli, “Azərbaycan Respublikasında özəlləşdirmənin həyata keçirilməsi prosesinə məsləhətçi şirkətlərin cəlb edilməsi haqqında” 1999-cu il 13 fevral tarixli 78 nömrəli, “Azərbaycan Respublikası “Metallurgiya” Dövlət Şirkətinin ləğv edilməsi haqqında” 2000-ci il 4 may tarixli 405 nömrəli, “Maşınqayırma sənayesi müəssisələrinin özəlləşdirilməsi haqqında” 2001-ci il 22 mart tarixli 647 nömrəli, “Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” 2001-ci il 22 mart tarixli 648 nömrəli, “Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında” 2001-ci il 28 mart tarixli 651 nömrəli, “Azərbaycan Respublikası Rabitə Nazirliyinin bir sıra müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında” 2001-ci il 29 mart tarixli 671 nömrəli, “Azərbaycan Respublikası Elmlər Akademiyasının bir sıra müəssisələrinin özəlləşdirilməsi haqqında” 2001-ci il 29 mart tarixli 674 nömrəli və “Kiçik su elektrik stansiyalarının özəlləşdirilməsi haqqında” 2001-ci il 21 dekabr tarixli 844 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Dövlət sanatoriya-kurort və mehmanxana təsərrüfatlarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 noyabr tarixli 697 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 437) 1-ci hissəsinin ikinci cümləsində və 2-ci hissəsinin birinci abzasında ismin müvafiq hallarında “Dövlət Əmlak Komitəsi” sözləri ismin müvafiq hallarında “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan şərab (o cümlədən ilkin şərab emalı), şampan və konyak zavodlarının, tütün fermentləşdirici fabriklərin və tütün kombinatının, çay emalı və çayçəkici fabriklərinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 may tarixli 804 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 5, maddə 326) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1 – 2-ci hissələrdə ismin müvafiq hallarında “Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
2.2. 4-cü hissədə “Dövlət Əmlak Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
3. “Bakı ağır elektrik qaynaq avadanlıqları zavodunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 2 iyul tarixli 845 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 7, maddə 456) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1-ci hissədə “Dövlət Əmlak Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin;
3.2. 2-ci hissədə “Dövlət Əmlak Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
4. “Azərbaycan Respublikasında özəlləşdirmənin həyata keçirilməsi prosesinə məsləhətçi şirkətlərin cəlb edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 78 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 113; 2001, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610) 2-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki,” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
5. “Azərbaycan Respublikası “Metallurgiya” Dövlət Şirkətinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 may tarixli 405 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 332; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1-ci hissədə “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin;
5.2. 2-ci hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
6. “Maşınqayırma sənayesi müəssisələrinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 647 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 177, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610) 2-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
7. “Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 648 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 178, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610; 2020, № 12 (III kitab), maddə 1542) 2-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki,” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
8. “Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 28 mart tarixli 651 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 181, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2007, № 5, maddə 480; 2010, № 7, maddə 610) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
8.1. birinci abzasda “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
8.2. dördüncü abzasda “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin.
9. “Azərbaycan Respublikası Rabitə Nazirliyinin bir sıra müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 671 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 201, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610; 2021, № 10, maddə 1221) 2-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
10. “Azərbaycan Respublikası Elmlər Akademiyasının bir sıra müəssisələrinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 674 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 204, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610; 2013, № 8, maddə 891) 2-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
11. “Kiçik su elektrik stansiyalarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 21 dekabr tarixli 844 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 788; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610) 2-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 avqust 2022-ci il
4 Avqust 2022, 14:0828 Noyabr 2013, 09:11
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
28 Noyabr 2013, 09:11
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 769-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
28 Noyabr 2013, 09:11
“Azərbaycan Respublikasının “Vətənə xidmətə görə” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 514-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında”... ətraflı...
27 Noyabr 2013, 09:11
“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
27 Noyabr 2013, 09:11
“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 774-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
27 Noyabr 2013, 09:11
“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
27 Noyabr 2013, 09:11
“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 777-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
27 Noyabr 2013, 09:11
“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
27 Noyabr 2013, 09:11
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 720-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
27 Noyabr 2013, 09:11
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...