“Turizm Reyestrinin aparılma Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 yanvar tarixli 16 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 yanvar tarixli 16 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 73) ilə təsdiq edilmiş “Turizm Reyestrinin aparılma Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2.1-1.2.14-cü və 7.1.2-ci yarımbəndlər ləğv edilsin.

2. Aşağıdakı məzmunda 1.2-1-ci bənd əlavə edilsin:

“1.2-1. Bu Qaydada istifadə olunan digər anlayışlar “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.”.

3. 1.3-cü bənddə “sənayesinə dair” sözləri “turizm ehtiyatları, turizm məhsulları və turizm sənayesi subyektləri haqqında” sözləri ilə əvəz edilsin və həmin bəndə “ötürülməsi,” sözündən sonra “həmin məlumatların monitorinqi,” sözləri əlavə edilsin.

4. 1.6-cı bənddə “qanunvericiliklə” sözü “qanunla” sözü ilə əvəz edilsin.

5. 2.8-ci bənddə, 3.1.5-ci və 7.1.3-cü yarımbəndlərdə “turizm sahəsində” sözləri “turizm sənayesi və turizm fəaliyyəti barədə” sözləri ilə əvəz edilsin.

6. 3.1.3-cü və 3.1.6-cı yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“3.1.3. turizm sənayesinin subyektləri:

1. turoperatorlar və turagentlər;

2. turizm bələdçiləri;

3. yerləşmə xidmətləri göstərən subyektlər;

4. ictimai iaşə xidmətləri göstərən subyektlər;

5. əyləncə xidmətləri göstərən subyektlər;

6. işgüzar turizm fəaliyyəti göstərən subyektlər;

7. özündə bir neçə fəaliyyət sahəsini birləşdirən qarışıq tipli turizm fəaliyyəti göstərən subyektlər;

8. turizm nəqliyyat xidməti göstərən subyektlər;

9. çimərlik xidmətləri göstərən subyektlər;

10. turizm təhsili və təlimi xidmətləri göstərən şəxslər;

11. turizm sənayesi assosiasiyaları;

12. sənətkarlar;

13. digər turizm xidmətləri göstərən subyektlər;

3.1.6. turizm sənayesi və turizm fəaliyyəti ilə bağlı məlumatların monitorinqlərinin nəticələri:”.

7. 3.3.2-ci yarımbənd üzrə:

7.1. 1-ci abzas aşağıdakı redaksiyada verilsin:

“1. yerləşmə vasitələri üzrə: yerləşmə vasitəsinin növü, otaqların sayı (hər bir təsnifat üzrə), çarpayıların sayı, mehmanxanalara (hotellərə) münasibətdə, həmçinin ulduz kateqoriyası barədə məlumat;”;

7.2. 2-ci abzasdan “(olduğu halda)” sözləri çıxarılsın;

7.3. 4-cü, 5-ci və 13-cü abzaslar ləğv edilsin;

7.4. 6-cı abzasda “operatorları” sözü “xidmətləri təqdim edən subyektlər” sözləri ilə əvəz edilsin;

7.5. 7-ci, 9-cu və 11-ci abzaslarda “obyektləri” sözləri “xidmətləri göstərən subyektlər” sözləri ilə əvəz edilsin.

8. 5.3-cü bəndə “bu Qaydanın” sözlərindən əvvəl “Bu Qaydanın 5.3-1-ci və 5.3-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilsin.

9. Aşağıdakı məzmunda 5.3-1-ci və 5.3-2-ci bəndlər əlavə edilsin:

“5.3-1. Turoperator və turagentlər fəaliyyətə başladıqları tarixdən 15 (on beş) gün müddətində mülki məsuliyyətin sığortası barədə məlumatları Reyestrə daxil etməlidirlər.

5.3-2. Mehmanxanalar (hotellər) ulduz kateqoriyaları barədə məlumatları “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq ulduz kateqoriyası əldə edilən tarixdən 15 (on beş) gün müddətində Reyestrə daxil etməlidirlər.”.

10. 6.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.2. Turizm sənayesi subyektləri Reyestrdə onlar barədə olan məlumatlar dəyişdiyi halda (real vaxt rejimində yenilənən məlumatlar istisna olmaqla) 15 (on beş) gün müddətində bu məlumatların Reyestrdə yenilənməsini təmin etməlidirlər.”.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 3 avqust 2022-ci il

4 Avqust 2022, 12:08

http://www.azertag.az

10281—10290 / 10511

14 Fevral 2014, 09:02

Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında   ətraflı...

14 Fevral 2014, 09:02

Gəncə şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında   ətraflı...

14 Fevral 2014, 09:02

Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında   ətraflı...

14 Fevral 2014, 08:02

“Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında   ətraflı...

13 Fevral 2014, 08:02

Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

12 Fevral 2014, 09:02

Azərbaycan Respublikası Energetika Nazirliyinin yaradılması iləəlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

12 Fevral 2014, 09:02

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 897-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

12 Fevral 2014, 09:02

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

12 Fevral 2014, 09:02

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi H.Ə.Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında   ətraflı...

12 Fevral 2014, 09:02

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...