Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli və “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2089; 2018, № 1, maddə 56) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.3-cü bənd ləğv olunsun və aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

“2-1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi vergi ödəyicilərinin əldə etdikləri gəlirlərin və xərclərin uçotunun, eləcə də nağdsız əməliyyatların aparılmasına, e-ticarətin vergiyə cəlb edilməsinə və səyyar vergi yoxlamaları zamanı vergi üstünlüyü əldə etmək məqsədilə qanunvericiliyin tələblərindən sui-istifadə etməklə aparılan əməliyyatlara ciddi nəzarət olunması istiqamətində bütün zəruri tədbirlərin görülməsini təmin etsin.”;

1.2. 3.2-ci bənddə və 6-cı hissədə “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin.

2. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2093; 2019, № 2, maddə 213) 2-ci hissəsində “Vergilər” sözü “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 52; 2019, № 11, maddə 1715 ) ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin 6.3-cü bəndində birinci halda “Vergilər Nazirliyinə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə” sözləri ilə və ikinci halda “Vergilər Nazirliyinə” sözləri “Dövlət Vergi Xidmətinə” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 avqust 2022-ci il

3 Avqust 2022, 14:08

http://www.azertag.az

6521—6530 / 10511

22 Avqust 2016, 09:08

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxslərinin qeydə alınması barədə   ətraflı...

22 Avqust 2016, 09:08

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması barədə   ətraflı...

22 Avqust 2016, 09:08

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsi barədə   ətraflı...

22 Avqust 2016, 09:08

Mərkəzi Seçki Komissiyasının 17 avqust 2016-cı il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

19 Avqust 2016, 09:08

Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərində körpünün bərpası haqqında   ətraflı...

18 Avqust 2016, 09:08

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun qeydə alınması haqqında   ətraflı...

18 Avqust 2016, 09:08

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün maarifləndirmə tədbirlərinin təşkilinə dair   ətraflı...

18 Avqust 2016, 09:08

Mərkəzi Seçki Komissiyasının 4 avqust 2016-cı il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

18 Avqust 2016, 09:08

Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında   ətraflı...

17 Avqust 2016, 09:08

S.S.Eyvazova “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında   ətraflı...