Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”ni “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 849-IVQD nömrəli, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 851-IVQD nömrəli və “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 852-IVQD nömrəli qanunlarına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323, № 12, maddə 1034; 2007, № 11, maddə 1105, № 12, maddə 1246; 2009, № 7, maddə 533, № 8, maddə 627, № 10, maddə 773, № 12, maddələr 983, 988; 2010, № 2, maddə 83, № 4, maddə 292, № 11, maddə 966; 2011, № 1, maddə 18, № 2, maddə 85, № 4, maddə 281, № 6, maddə 497, № 10, maddə 894, № 11, maddə 993; 2012, № 10, maddə 950; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 iyun tarixli 177 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.8.7-ci bənddə hər iki halda “hüquqi şəxslərin, ” sözlərindən sonra “xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının,” sözləri əlavə edilsin.

2.9.9-cu bənddə “hüquqi şəxslərin” sözlərindən sonra “, habelə xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının, ” sözləri əlavə edilsin.

3.9.11-ci bənddə “hüquqi şəxslərin,” sözlərindən sonra “xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının,” sözləri əlavə edilsin.

4.9.13-cü bənddə “xarici qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin” sözləri “xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin” sözləri ilə əvəz edilsin və “nizamnamələrinə” sözündən sonra “(əsasnamələrinə)” sözü əlavə edilsin.

5.9.14-cü bənddə “qeyri-kommersiya hüquqi şəxslər” sözləri “dini qurumlar istisna olmaqla, digər qeyri-kommersiya qurumları və fiziki şəxslər” sözləri ilə əvəz edilsin.

6.9.32-1-ci bəndində “qeyri-hökumət təşkilatlarına” sözlərindən sonra “və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə” sözləri əlavə edilsin.

7.10.8-ci bəndə “qeyri-hökumət təşkilatlarına” sözlərindən sonra “və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə” sözləri, “nizamnamə” sözündən sonra “(əsasnamə)” sözü əlavə edilsin.

8.10.9-cu bənddə “, qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin ləğv edilməsi” sözləri “ləğv edilməsi, qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin dayandırılması, bərpa edilməsi və onların ləğv edilməsi” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 iyul 2014-cü il.

 

 

25 İyul 2014, 09:07

http://www.azertag.net

9281—9290 / 10511

13 Noyabr 2014, 10:11

"Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında   ətraflı...

13 Noyabr 2014, 10:11

"Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli 210 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

13 Noyabr 2014, 10:11

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında   ətraflı...

13 Noyabr 2014, 09:11

Mərkəzi Seçki Komissiyasının 5 noyabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

13 Noyabr 2014, 09:11

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

13 Noyabr 2014, 09:11

51 saylı Qusar seçki dairəsi dairə seçki komissiyasının üzvü Cəlil Qeysəddin oğlu İbrahimovun səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə   ətraflı...

13 Noyabr 2014, 09:11

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması Qaydası haqqında   ətraflı...

11 Noyabr 2014, 09:11

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə   ətraflı...

11 Noyabr 2014, 09:11

M.M.Həsənova və H.M.Məmmədova “Əməkdar mühəndis”fəxri adının verilməsi haqqında   ətraflı...

11 Noyabr 2014, 09:11

Bakı Metropoliteninin bir qrup işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...