Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nı “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 850-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 fevral tarixli 98 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 872; 2008, № 3, maddələr 169, 186, № 5, maddə 364, № 6, maddələr 483, 504, № 12, maddə 1057; 2009, № 2, maddələr 59, 69, 73, № 5, maddə 321, № 6, maddə 421; 2010, № 2, maddə 80, № 3, maddələr 180, 184, 193, № 6, maddə 494, № 7, maddə 606, № 8, maddələr 716, 725, № 10, maddə 849; 2011, № 6, maddə 512, № 9, maddə 792; 2012, № 3, maddə 200, № 5, maddə 421, № 10, maddə 951, № 11, maddə 1117, № 12, maddə 1238; 2013, № 2, maddə 108, № 4, maddələr 370, 372, 376, № 9, maddələr 1045, 1059, № 12, maddə 1520; 2014, № 4, maddə 363; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 iyul tarixli 226 və 227 nömrəli fərmanları) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.5.1-ci bənddə “222.1-ci” sözlərindən əvvəl “200-3-cü (kommersiya qurumlarına münasibətdə),” sözləri əlavə edilsin.

2.8.1-ci bənddə “222.4-cü,” sözlərindən sonra “223-1.4-cü (banklara münasibətdə),” sözləri əlavə edilsin.

3.10.1-ci bənddə “223-1.1-ci maddəsində (qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə) və 348-3-cü maddəsində (öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən qeyri-hökumət təşkilatlarına münasibətdə)” sözləri “200-3-cü maddəsində (dini qurumlar istisna olmaqla, digər qeyri-kommersiya qurumlarına münasibətdə), 223-1.1-ci maddəsində (fiziki şəxslərə və dini qurumlar istisna olmaqla, digər qeyri-kommersiya qurumlarına münasibətdə), 223-1.4-cü maddəsində (qeyri-hökumət təşkilatlarına və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə münasibətdə), 340-2-ci-340-5-ci maddələrində və 348-3-cü maddəsində (öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən qeyri-hökumət təşkilatlarına və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə münasibətdə)” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 iyul 2014-cü il.

 

25 İyul 2014, 09:07

http://www.azertag.net

10251—10260 / 10511

3 Mart 2014, 16:03

"Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

3 Mart 2014, 16:03

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

3 Mart 2014, 16:03

"Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında   ətraflı...

3 Mart 2014, 09:03

Əliş Ləmbəranskinin 100 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

3 Mart 2014, 09:03

R.M.Seyfullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

28 Fevral 2014, 17:02

K.M.Abdullayevin Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

28 Fevral 2014, 17:02

K.M.Abdullayevin Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilməsi haqqında   ətraflı...

28 Fevral 2014, 09:02

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında   ətraflı...

27 Fevral 2014, 16:02

Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında   ətraflı...

27 Fevral 2014, 16:02

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında   ətraflı...