Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın yenidən formalaşdırılması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 29.6-cı maddəsinin tələblərinə görə seçki dairələrinin yaradılması sxemini və onun qrafik təsvirini, seçki dairələrinin hüdudlarına dair təklifləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) tərəfindən yaradılan və mütəxəssislərdən ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya hazırlayır. Həmin komissiyanın işinə Mərkəzi Seçki Komissiyasının sədr müavini rəhbərlik edir və o, vəzifəsinə görə komissiyanın sədri hesab olunur. Komissiyanın yaradılmasının əsas məqsədi seçki dairələrinin Seçki Məcəlləsinin tələblərinə uyğun yaradılmasını təmin etməkdir.

Hazırda Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə formalaşması həmin komissiyanın da yeni tərkibdə təsdiq edilməsi zərurətini yaratmışdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 29.6-cı maddələrinə uyğun olaraq qərara alır:

1. Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya aşağıdakı tərkibdə yenidən təsdiq edilsin:

Komissiyanın sədri

Rövzət Afət oğlu Qasımov – Mərkəzi Seçki Komissiyası sədrinin müavini

Komissiyanın üzvləri

Ramiz Hilal oğlu İbrahimov – Mərkəzi Seçki Komissiyasının üzvü

Qabil Əhməd oğlu Orucov – Mərkəzi Seçki Komissiyasının üzvü

Nailə Şahmərdan qızı Əsgərova – Mərkəzi Seçki Komissiyasının üzvü

Almas Əlisultan qızı Qəhramanlı – Mərkəzi Seçki Komissiyasının üzvü

İlkin Zaur oğlu Şahbazov – Mərkəzi Seçki Komissiyasının üzvü

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin nümayəndəsi

Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi.

2. Qısa müddət ərzində komissiyanın tərkibinə daxil olacaq mütəxəssislərin ayrılmasının müvafiq qurumlarla razılaşdırılması təmin edilsin.

3. Bu Qərarın 2-ci hissəsinin icrası Mərkəzi Seçki Komissiyası sədrinin müavininə həvalə edilsin.

4. “Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın yenidən formalaşdırılması haqqında” Mərkəzi Seçki Komissiyasının 2010-cu il 3 avqust tarixli 16/61 saylı Qərarı ləğv edilsin.

5. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr       Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

27 İyul 2022, 09:07

http://www.azertag.az

10421—10430 / 10511

15 Yanvar 2014, 08:01

“ADA” Universitetinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

14 Yanvar 2014, 09:01

R.B.Əskərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Yanvar 2014, 09:01

2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Yanvar 2014, 09:01

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 3 dekabr tarixli 833-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Dekabr 2013, 09:12

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

29 Dekabr 2013, 09:12

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

29 Dekabr 2013, 09:12

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

29 Dekabr 2013, 09:12

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 3 dekabr tarixli 837-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 802 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

29 Dekabr 2013, 09:12

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

28 Dekabr 2013, 09:12

2013-cü il noyabrın 21-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üçün məsləhətləşmələr Planı” haqqında   ətraflı...