“Azərbaycan Respublikası Baş Prokurorluğu kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 746 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 909-IVQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikası Baş Prokurorluğu kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 746 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 429; 2006, № 9, maddə 810) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.On ikinci abzas ləğv edilsin.
2.Yeddinci - on birinci abzaslar müvafiq olaraq səkkizinci – on ikinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda yeddinci abzas əlavə olunsun:
“Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi - Azərbaycan Respublikası Baş prokurorunun müavini”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2014-cü il.
25 İyul 2014, 09:0724 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...