Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2007-ci il 9 noyabr tarixli 647 nömrəli və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, şəhərsalma fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1095; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2016, № 11, maddə 1831; 2017, № 1, maddə 39; 2019, № 3, maddə 437; 2021, № 8, maddə 915; 2022, № 4, maddə 306) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 8.20-3-cü bəndinə “vasitəsilə” sözündən sonra “və ya bilavasitə” sözləri əlavə edilsin.
2. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 847; 2014, № 10, maddə 1196; 2015, № 3, maddə 270, № 5, maddə 531, № 9, maddə 1006; 2016, № 6, maddə 1059, № 11, maddə 1824; 2017, № 1, maddə 40, № 5, maddə 825, № 11, maddə 2012; 2018, № 3, maddə 417, № 5, maddə 910, № 8, maddə 1676, № 11, maddə 2289, № 12 (I kitab), maddə 2616; 2019, № 3, maddə 434, № 5, maddə 826, № 10, maddə 1581; 2020, № 5, maddə 559, № 6, maddə 684, № 7, maddə 891, № 11, maddə 1341; 2021, № 8, maddə 915, № 12, maddə 1402; 2022, № 3, maddə 219) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4.7-1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“4.7-1.1. həmin Məcəllənin 78.2-ci maddəsində nəzərdə tutulmuş dövlət əhəmiyyətli tikinti obyektlərinə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;”;
2.2. 4.7-1.2-ci yarımbənd üzrə:
2.2.1. 4.7-1.2.1-ci və 4.7-1.2.2-ci yarımbəndlər 1-ci və 2-ci abzaslar hesab olunsun və aşağıdakı redaksiyada verilsin:
“1. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;
2. “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində tikinti obyektlərinə münasibətdə – yanındakı Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;”;
2.2.2. aşağıdakı məzmunda 3-cü və 4-cü abzaslar əlavə edilsin:
“3. bir neçə şəhər və (və ya) rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi ərazisində yerləşən tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;
4. digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyul 2022-ci il
26 İyul 2022, 08:0722 Noyabr 2019, 08:11
Sumqayıt şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
22 Noyabr 2019, 08:11
Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
22 Noyabr 2019, 08:11
Sumqayıt şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
22 Noyabr 2019, 08:11
Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
22 Noyabr 2019, 08:11
M.M.Aslanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
22 Noyabr 2019, 08:11
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
22 Noyabr 2019, 08:11
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
22 Noyabr 2019, 08:11
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1684-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Noyabr 2019, 08:11
R.İ.Hüseynovun Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Noyabr 2019, 08:11
Ş.K.Məmmədovun Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...