Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vahid məlumat bazasının yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vahid məlumat bazasının yaradılması məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində “18 yaşına çatmamış müşayiətsiz əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar” altsistemi (bundan sonra – altsistem) yaradılsın.
2. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti:
2.1. altsistemin formalaşdırılmasını 2022-ci il oktyabrın 1-dək təmin etsin, altsistemin aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsün;
2.2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və yerli icra hakimiyyəti orqanlarının həmin altsistemə çıxışını təmin etsin;
2.3. altsistemə daxil ediləcək məlumatların, habelə qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə zəruri tədbirlər görsün.
3. Bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulmuş dövlət orqanları (qurumları) Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə məlumatları aşkar etdikdə, həmin məlumatların aşkar edildiyi tarixdən 1 (bir) iş günü müddətində altsistemə daxil olunmasını təmin etsinlər.
4. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq altsistemin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 491; 2011, № 11, maddə 995; 2013, № 9, maddə 1048; 2014, № 9, maddə 1060, № 10, maddə 1177; 2015, № 2, maddə 117; 2016, № 5, maddə 867, № 11, maddə 1798; 2017, № 5, maddələr 777, 818; 2018, № 12 (I kitab), maddə 2586; 2019, № 6, maddə 1029; 2020, № 8, maddə 1024; 2021, № 2, maddə 130, № 6 (I kitab), maddə 567) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
6.1. aşağıdakı məzmunda 7.5-1-ci, 10.15-1-ci bəndlər və 11.3.3-cü, 11.4.4-cü, 11.5.7-ci, 11.6.3-cü yarımbəndlər əlavə edilsin:
“7.5-1. “18 yaşına çatmamış müşayiətsiz əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar”;”;
“10.15-1. 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsi və ya gəldikdən sonra müşayiətsiz qalması aşkar edildikdə bu barədə məlumatların Sistemə daxil edilməsi;”;
“11.3.3. 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsi və ya gəldikdən sonra müşayiətsiz qalması aşkar edildikdə bu barədə məlumatlar;”;
“11.4.4. 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsi və ya gəldikdən sonra müşayiətsiz qalması aşkar edildikdə bu barədə məlumatlar;”;
“11.5.7. 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsi və ya gəldikdən sonra müşayiətsiz qalması aşkar edildikdə bu barədə məlumatlar;”;
“11.6.3. 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsi və ya gəldikdən sonra müşayiətsiz qalması aşkar edildikdə bu barədə məlumatlar;”;
6.2. 11.8.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 11.9-cu bənd əlavə olunsun:
“11.9. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gəlməsini və ya gəldikdən sonra müşayiətsiz qalmasını aşkar etdikdə, onlar tərəfindən bu barədə məlumatlar.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2022-ci il
22 İyul 2022, 16:071 May 2014, 09:05
Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında ətraflı...
1 May 2014, 09:05
İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında ətraflı...
1 May 2014, 09:05
1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsindəəlavə tədbirlər haqqında ətraflı...
1 May 2014, 09:05
1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında ətraflı...
1 May 2014, 09:05
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə ətraflı...
1 May 2014, 09:05
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 941-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
1 May 2014, 09:05
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə ətraflı...
1 May 2014, 09:05
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 940-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
1 May 2014, 09:05
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
30 Aprel 2014, 09:04
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 942-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...