“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsini rəhbər tutaraq və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamənin 3-cü maddəsini nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 5 iyun tarixli 127-VIQR nömrəli Qərarında aşağıdakı dəyişiklik edilsin:
“Mirzəyev Səfa Abbas oğlu |
– |
Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.” |
sözləri aşağıdakı sözlər ilə əvəz edilsin:
“Hacıyev Fərid Famil oğlu |
– |
Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.” |
Azərbaycan Respublikası
Milli Məclisinin sədri Sahibə Qafarova
Bakı şəhəri, 29 iyun 2022-ci il
30 İyun 2022, 20:0624 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...