“Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 411-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 497; 1999, № 5, maddə 285; 2001, № 3, maddələr 141, 142, 143, 144, № 11, maddələr 672, 687, 693; 2002, № 5, maddələr 240, 244, № 6, maddə 328; 2003, № 6, maddə 256; 2004, № 4, maddə 199, № 6, maddə 396, № 7, maddə 507; 2006, № 2, maddə 66, № 12, maddə 1028; 2007, № 6, maddə 560, № 11, maddə 1052, № 12, maddə 1197; 2008, № 7, maddə 602; 2009, № 2, maddə 46, № 12, maddə 949; 2010, № 11, maddə 962; 2011, № 2, maddələr 70, 71, № 7, maddə 616; 2012, № 6, maddə 510; 2013, № 11, maddələr 1285, 1305, 1316; 2015, № 2, maddə 104, № 4, maddə 345, № 6, maddə 681; 2016, № 2 (I kitab), maddə 189, № 4, maddə 658; 2017, № 6, maddə 1060, № 7, maddə 1262; 2019, № 2, maddə 180, № 9, maddə 1484; 2020, № 5, maddə 521, № 7, maddə 826, № 12 (I kitab), maddə 1425; 2021, № 6 (I kitab), maddə 542, № 8, maddə 897, № 11, maddə 1205) 9-cu maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçirilir.”.

Maddə 2. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 129; 2001, № 3, maddə 144; 2002, № 5, maddə 240; 2004, № 6, maddə 396; 2007, № 6, maddə 560, № 10, maddə 938; 2009, № 12, maddə 949; 2015, № 11, maddə 1278; 2020, № 12 (I kitab), maddə 1425; 2021, № 6 (I kitab), maddə 543) 13-cü maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

“Özəl tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçirilir.”.

Maddə 3. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 309; 2009, № 7, maddə 517; 2016, № 3, maddə 422; 2017, № 2, maddə 144; 2018, № 2, maddə 154, № 12 (I kitab), maddə 2469; 2019, № 1, maddə 33; 2021, № 12, maddə 1333) aşağıdakı məzmunda 6.10-cu maddə əlavə edilsin:

“6.10. Bu Qanunla müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşu) ilə bağlı hesablaşmalar üzrə ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçirilir.”.

Maddə 4. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613; 2010, № 6, maddə 489; 2011, № 2, maddə 71; 2013, № 11, maddə 1281; 2014, № 4, maddə 340; 2015, № 5, maddə 507; 2016, № 3, maddə 420, № 12, maddə 2021; 2017, № 1, maddə 11, № 7, maddə 1272; 2018, № 7 (I kitab), maddələr 1393, 1412, № 10, maddə 1966; 2019, № 5, maddə 797; 2020, № 6, maddə 670, № 7, maddə 830; 2021, № 2, maddə 109, № 6 (I kitab), maddə 547, № 8, maddə 898, № 12, maddələr 1315, 1338) 54-cü maddəsinin mətni 54.1-ci maddə hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda 54.2-ci maddə əlavə edilsin:

“54.2. Bu Qanunla müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları) ilə bağlı hesablaşmalar üzrə ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçirilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 may 2022-ci il

30 İyun 2022, 20:06

http://www.azertag.az

21—30 / 10177

25 Noyabr 2022, 07:11

A.V.Sipilinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 Noyabr 2022, 07:11

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

25 Noyabr 2022, 07:11

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

25 Noyabr 2022, 07:11

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Qırğız Respublikasının Sosial Fondu arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 Noyabr 2022, 07:11

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 Noyabr 2022, 07:11

Elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” 2018-ci il 14 mart tarixli 1885 nömrəli və “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 Noyabr 2022, 07:11

V.V.Timoşenkonun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 Noyabr 2022, 07:11

A.Q.Abiyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

22 Noyabr 2022, 07:11

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

22 Noyabr 2022, 07:11

Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...