Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 70; 2007, № 11, maddə 1117; 2018, № 2, maddə 187; 2020, № 8, maddə 1038; 2021, № 8, maddə 911) ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

“2-1. Dövlət məvacibindəki sonrakı artımlar dövlət qulluqçusunun müvafiq vəzifədə işlədiyi vaxt dövlət məvacibinə daxil olan ödənişlərdəki artımlara şamil olunur.”.

2. 7-ci hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Ailə üzvlərindən biri (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyası və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsinə əsasən sosial müavinət (ailə başçısını itirməyə görə sosial müavinət istisna olmaqla) aldıqda, ailə başçısını itirməyə görə ona düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə, onların əmək pensiyasının məbləği yenidən hesablanır.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyun 2022-ci il

28 İyun 2022, 18:06

http://www.azertag.az

4471—4480 / 10511

11 Dekabr 2017, 09:12

“Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

11 Dekabr 2017, 09:12

“Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 863-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

11 Dekabr 2017, 09:12

Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

11 Dekabr 2017, 09:12

H.D.Məmmədzadənin Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında   ətraflı...

11 Dekabr 2017, 09:12

F.İ.Qurbanovun Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında   ətraflı...

11 Dekabr 2017, 09:12

K.T.Xasiyevin Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında   ətraflı...

11 Dekabr 2017, 09:12

N.A.Məhəmmədin Azərbaycan Respublikasının Cibuti Respublikasında fəxri konsulu təyin edilməsi haqqında   ətraflı...

11 Dekabr 2017, 09:12

A.K.Həsənovun Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında   ətraflı...

8 Dekabr 2017, 09:12

Quba şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında   ətraflı...

7 Dekabr 2017, 09:12

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1053-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 21 noyabr tarixli 365 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...