Azərbaycan Respublikası Prezidentinin “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2021-ci il 22 fevral tarixli 2517 nömrəli, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2021-ci il 30 mart tarixli 2552 nömrəli, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2021-ci il 30 mart tarixli 2554 nömrəli, “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” 2021-ci il 19 aprel tarixli 2584 nömrəli və “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 2021-ci il 4 may tarixli 2622 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1374; 2021, № 8, maddə 946) ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın “5. Fəaliyyət Planın icrası üçün Tədbirlər Planı” hissəsinin 5.1.13-cü, 5.2.3-cü, 5.4.10-cu, 5.4.14-cü, 5.4.16-cı və 5.4.18-ci yarımbəndlərinin “İcraçı qurumlar” sütununda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1375; 2021, 6 (I kitab), maddə 607) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın “12. Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı” hissəsinin 12.5.2-ci və 12.5.3-cü yarımbəndlərinin “İcraçılar” sütununda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

3. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2517 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 182) birinci hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2552 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 257) birinci hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.

5. “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2554 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021,№ 3, maddə 259) birinci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının Maliyyə və hesabatlılıq” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının Maliyyə” sözləri ilə əvəz edilsin.

6. “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 2584 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 355) 1-ci hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.

7. “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 may tarixli 2622 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 459) 1-ci hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2022-ci il

2 İyun 2022, 14:06

http://www.azertag.az

451—460 / 10511

26 Avqust 2022, 09:08

Qax rayonunun Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

26 Avqust 2022, 09:08

Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

26 Avqust 2022, 09:08

F.R.Ağamalının 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

22 Avqust 2022, 19:08

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

22 Avqust 2022, 19:08

2022-ci ildə Qətər Dövlətində təşkil ediləcək Futbol üzrə Dünya Çempionatının keçirildiyi tarixlərdə çempionatla bağlı Qətər Dövlətinə səfəri çərçivəsində Azərbaycan Respublikasına gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

22 Avqust 2022, 19:08

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Avqust 2022, 16:08

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

18 Avqust 2022, 16:08

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 573-VIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Avqust 2022, 16:08

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

18 Avqust 2022, 16:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” 1999-cu il 14 may tarixli 146 nömrəli və “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”ın təsdiq edilməsi haqqında” 2000-ci il 6 mart tarixli 347 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...