Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş birləşmiş millətlər təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” 1997-ci il 30 aprel tarixli 560 nömrəli, “Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında” 2000-ci il 20 may tarixli 423 nömrəli, “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli, “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyası və Dövlət Proqramının hazırlanması haqqında” 2006-cı il 6 mart tarixli 1348 nömrəli, “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” 2006-cı il 16 oktyabr tarixli 1737 nömrəli, “Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” 2006-cı il 25 dekabr tarixli 1852 nömrəli, “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli, “Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında” 2007-ci il 28 fevral tarixli 2006 nömrəli və “Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” 2007-ci il 6 mart tarixli 2015 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş birləşmiş millətlər təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 512; 2007, № 9, maddə 871; 2008, № 9, maddə 797; 2010, № 6, maddə 501; 2020, № 3, maddə 305) 1-ci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 20 may tarixli 423 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 349; 2004, № 7, maddə 568; 2014, № 4, maddə 391; 2015, № 11, maddə 1301; 2017, № 1, maddə 51; 2020, № 3, maddə 303, № 7, maddə 913) 1-ci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.

3. “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 826; 2006, № 9, maddə 743; 2014, № 9, maddə 1027; 2015, № 3, maddə 286; 2016, № 7, maddə 1282; 2017, № 8, maddə 1521; 2018, № 8, maddə 1779; 2019, № 11, maddə 1751; 2020, № 2, maddə 170) 3-cü hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyası və Dövlət Proqramının hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 1348 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 245, № 7, maddə 588; 2009, № 2, maddə 74; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2015, № 11, maddə 1301; 2016, № 8, maddə 1384; 2017, № 1, maddə 51, № 8, maddə 1521) 1-ci hissəsi ilə yaradılan Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın sədri

Azərbaycan Respublikasının Baş naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi.”.

5. “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 oktyabr tarixli

1737 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 10, maddələr 878, 888; 2012, № 2, maddə 136; 2014, № 2, maddə 112, № 6, maddə 644; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 1, maddə 79; 2021, № 7, maddə 819) 1-ci hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.

6. “Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 dekabr tarixli 1852 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1111; 2007, № 11, maddə 1133; 2009, № 2, maddə 74; 2010, № 2, maddə 80, № 6, maddə 501; 2012, № 2, maddə 135; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2017, № 8, maddə 1521; 2018, № 11, maddə 2334; 2021, № 9, maddə 1031) 1-ci hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.

7. “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1134; 2012, № 2, maddə 117; 2014, № 2, maddə 112, № 6, maddə 644, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2017, № 8, maddə 1521; 2018, № 6, maddə 1285; 2019, № 10, maddə 1671; 2021, № 9, maddə 1030) 1-ci hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.

8. “Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 2006 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 179; 2009, № 3, maddə 163; 2010, № 7, maddə 610; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384; 2017, № 8, maddə 1521; 2021, № 1, maddə 77) 1-ci hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.

9. “Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2015 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 247; 2008, № 11, maddə 1030; 2009, № 7, maddə 589; 2010, № 9, maddə 773; 2012, № 2, maddə 110; 2014, № 2, maddə 112, № 4, maddə 391, № 6, maddə 644, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 8, maddə 1677; 2021, № 7, maddə 811) 1-ci hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2022-ci il

1 İyun 2022, 13:06

http://www.azertag.az

10341—10350 / 10511

4 Fevral 2014, 09:02

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

4 Fevral 2014, 09:02

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 878-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Fevral 2014, 09:02

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

4 Fevral 2014, 09:02

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 855-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Fevral 2014, 09:02

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

4 Fevral 2014, 09:02

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Fevral 2014, 09:02

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 849-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 Fevral 2014, 09:02

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

4 Fevral 2014, 09:02

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 850-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 Fevral 2014, 09:02

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...