Azərbaycan Respublikası Prezidentinin “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin nəqliyyatda cinayətkarlıqla mübarizədə əməkdaşlığı haqqında” Saziş üzrə səlahiyyətli orqanların müəyyən edilməsi barədə” 2007-ci il 17 sentyabr tarixli 2391 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2007-ci il 28 sentyabr tarixli 2413 nömrəli, “2007-ci il avqustun 28-də Lyublyana şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2007-ci il 12 noyabr tarixli 2497 nömrəli, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli, “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2009-cu il 10 avqust tarixli 437 nömrəli və “2009-cu il sentyabrın 23-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 30 oktyabr tarixli 557 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin nəqliyyatda cinayətkarlıqla mübarizədə əməkdaşlığı haqqında” Saziş üzrə səlahiyyətli orqanların müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 17 sentyabr tarixli 2391 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 893; 2017, № 8, maddə 1521) 1-ci və 2-ci hissələrində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 2413 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 914; 2009, № 7, maddə 589; 2011, № 6, maddə 520; 2012, № 2, maddə 104; 2014, № 2, maddə 112, № 6, maddə 644, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 8, maddə 1677; 2021, № 7, maddə 817) 1-ci hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.
3. “2007-ci il avqustun 28-də Lyublyana şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 noyabr tarixli 2497 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1141; 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521) 2-ci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
4. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1148; 2009, № 6, maddə 424; 2014, № 2, maddə 112, № 6, maddə 644, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2017, № 8, maddə 1521, № 11, maddə 2107; 2021, № 7, maddə 821) 1-ci hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.
5. “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 645; 2012, № 2, maddə 102; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 6, maddə 644, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2017, № 8, maddə 1521; 2021, № 5, maddə 461) 1-ci hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.
6. “2009-cu il sentyabrın 23-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 557 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 841; 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521) 2-ci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2022-ci il
1 İyun 2022, 13:0631 Oktyabr 2014, 09:10
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1075-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
30 Oktyabr 2014, 09:10
Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Zati-aliləri cənab Evo Morales Aymaya ətraflı...
30 Oktyabr 2014, 09:10
Braziliya Federativ Respublikasının Prezidenti Zati-aliləri xanım Dilma Russeffə ətraflı...
29 Oktyabr 2014, 09:10
Ə.M.Rüstəmovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında ətraflı...
29 Oktyabr 2014, 09:10
Türkiyə Respublikasının Baş naziri Zati-aliləri cənab Əhməd Davudoğluna ətraflı...
29 Oktyabr 2014, 09:10
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana ətraflı...
29 Oktyabr 2014, 09:10
Gənclər siyasəti üzrə birinci qlobal forumun iştirakçılarına ətraflı...
28 Oktyabr 2014, 09:10
Mərkəzi Seçki Komissiyasının 20 oktyabr və 21 oktyabr 2014-cü il tarixli iclas protokollarının təsdiq edilməsi barədə ətraflı...
28 Oktyabr 2014, 09:10
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
28 Oktyabr 2014, 09:10
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında ətraflı...