Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2014-cü il 3 fevral tarixli 100 nömrəli, “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” 2014-cü il 15 may tarixli 168 nömrəli, “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” 2015-ci il 8 aprel tarixli 499 nömrəli və “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” 2015-ci il 29 aprel tarixli 503 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1148, № 12, maddə 1549; 2015, № 10, maddə 1141; 2016, № 6, maddə 1055, № 10, maddə 1634, № 12, maddə 2078; 2017, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2285; 2018, № 1, maddə 48, № 5, maddə 929, № 8, maddə 1704, № 9, maddə 1833; 2019, № 12, maddə 1947; 2021, № 12, maddə 1418; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 13 aprel tarixli 1664 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.16-cı, 2.16-1-ci, 2.16-3-cü bəndlərində və 2.29.4-cü yarımbəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 107,

№ 9, maddə 1027, № 10, maddə 1175; 2016, № 9, maddə 1464, № 8, maddə 1521; 2019,

№ 8, maddə 1397) 7-ci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

3. “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 481; 2017, № 8, maddə 1521; 2019, № 6, maddə 1027) 3-cü hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 378; 2017, № 4, maddə 561; 2018, № 5, maddə 959; 2021, № 4, maddə 324) 1-ci hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.

5. “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli 503 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 382; 2016, № 5, maddə 858, № 7, maddə 1265; 2017, № 8, maddə 1521) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 5.2-ci bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;

5.2. həmin Fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydaları”nın 4.6-cı və 6.3-cü bəndlərində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2022-ci il

1 İyun 2022, 12:06

http://www.azertag.az

9531—9540 / 10511

12 Sentyabr 2014, 09:09

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

12 Sentyabr 2014, 09:09

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

12 Sentyabr 2014, 09:09

Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında   ətraflı...

12 Sentyabr 2014, 09:09

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında   ətraflı...

12 Sentyabr 2014, 09:09

Hindistan Respublikasının Prezidenti Zati-aliləri cənab Pranab Mukherciyə   ətraflı...

12 Sentyabr 2014, 09:09

Pakistan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məmnun Hüseynə   ətraflı...

12 Sentyabr 2014, 09:09

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinə   ətraflı...

12 Sentyabr 2014, 09:09

Birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin iştirakçılarına   ətraflı...

11 Sentyabr 2014, 14:09

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarı ilə təsdiq edilmiş "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

11 Sentyabr 2014, 09:09

M.M.Mustafayevin Gəncə şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında   ətraflı...