Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007, № 2, maddələr 65, 68, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008, № 6, maddə 462, № 7, maddələr 606, 607, № 12, maddələr 1045, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, № 7, maddə 593, № 12, maddə 1058; 2011, № 6, maddə 480, № 7, maddələr 589, 599; 2012, № 7, maddə 674, № 11, maddə 1062, № 12, maddə 1215; 2013, № 2, maddə 77, № 6, maddələr 616, 626, № 7, maddə 786, № 11, maddə 1265, № 12, maddə 1493; 2014, № 2, maddələr 90, 102, № 4, maddələr 328, 344, № 6, maddə 600, № 11, maddələr 1354, 1362; 2015, № 4, maddə 342, № 5, maddə 511, № 11, maddələr 1270, 1288; 2016, № 2 (II kitab), maddə 218, № 10, maddə 1607, № 12, maddələr 2020, 2031, 2034, 2039; 2017, № 5, maddə 751, № 12 (I kitab), maddələr 2232, 2267; 2018, № 5, maddələr 877, 882, № 7 (I kitab), maddə 1421, № 11, maddə 2235, № 12 (I kitab), maddə 2515; 2019, № 7, maddələr 1198, 1200, № 12, maddə 1898; 2020, № 6, maddə 675, № 7, maddələr 832, 852, 856; 2021, № 6 (I kitab), maddə 541, № 7, maddə 711) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 131–1-ci maddə əlavə edilsin:

“Maddə 131-1. Maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi

131-1.1. Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin miqdarı qanunla həmin maddələr üçün müəyyən edilmiş xüsusilə külli miqdarın aşağı həddindən artıq olduqda, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həmin maddələrdən bu Məcəllə ilə müəyyən edilmiş qaydada ekspert tərəfindən nümunənin götürülməsini, qalan hissəsinin isə məhv edilməsini və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görməlidirlər.

131-1.2. Ekspertizanın keçirilməsi üçün təqdim edilmiş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin müvafiq ekspertizası keçirildikdən sonra ekspert həmin maddədən qanunla müəyyən edilmiş xüsusilə külli miqdarının aşağı həddi miqdarında nümunə götürür, bu nümunəni və maddənin qalan hissəsini ayrılıqda qablaşdırır. Ekspert tədqiqatı nəticəsində ekspert həmçinin təqdim edilmiş maddələrin tibbi məqsədlərlə istifadə olunub-oluna bilməməsinə dair rəy verməlidir. Nümunə və həmin maddələrin qalan hissəsi ekspert rəyi ilə birlikdə ekspertiza təyin etmiş şəxsə təqdim edilir.

131-1.3. Maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi məsələsinə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında baxılır. Müvafiq vəsatət və təqdimat ekspert rəyi cinayət təqibini həyata keçirən orqana daxil olduğu vaxtdan 10 gündən gec olmayaraq məhkəməyə təqdim edilməlidir.

131-1.4. Bu Məcəllənin 131-1.3-cü maddəsində nəzərdə tutulmuş vəsatətin təmin edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində bu Məcəllənin 131-1.1-ci maddəsində nəzərdə tutulmuş maddələrin qalan hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada məhv edilir və ya tibbi məqsədlərlə istifadəsi üçün təhvil verilir.

131-1.5. Nümunələrin götürülməsi, habelə bu Məcəllənin 131-1.1-ci maddəsində nəzərdə tutulmuş maddələrin qalan hissəsinin məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi məqsədilə müvafiq dövlət qurumuna verilməsi zamanı videoçəkilişdən istifadə edilməklə protokol tərtib olunur. Protokol videoçəkilişi əks etdirən müvafiq məlumat daşıyıcısı ilə birlikdə cinayət təqibi ilə bağlı materiallara əlavə edilir.

131-1.6. Bu Məcəllənin 131-1.2-ci maddəsində nəzərdə tutulmuş nümunələr barədə məsələ cinayət təqibi üzrə icraat başa çatdıqdan sonra bu Məcəllənin 132-ci maddəsində nəzərdə tutulmuş qaydada həll edilir. Cinayət prosesini həyata keçirən orqan iş üzrə yekun qərar çıxararkən nümunələrin məhv edilməli və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməli olduğunu qeyd etməlidir.”;

1.2. 442.2.1-ci maddəyə “tətbiq edilməsinə” sözlərindən sonra “, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsinə və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsinə” sözləri əlavə edilsin;

1.3. 446-cı maddə üzrə:

1.3.1. maddənin adına və 446.1-ci maddəyə “tətbiq edilməsi” sözlərindən sonra “, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi” sözləri əlavə edilsin;

1.3.2. 446.1.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 446.1.5-ci maddə əlavə edilsin:

“446.1.5. bu Məcəllənin 131-1.1-ci maddəsində nəzərdə tutulmuş maddi sübut olan bəzi maddələrdən nümunə götürüldükdən sonra həmin maddələrin qalan hissəsinin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi ilə əlaqədar müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı.”;

1.3.3. 446.2-ci maddəyə “446.1.3-cü” sözlərindən sonra “və 446.1.5-ci” sözləri əlavə edilsin və həmin maddədən “hər hansı” sözləri çıxarılsın;

1.3.4. aşağıdakı məzmunda 446.2.9-1-ci maddə əlavə edilsin:

“446.2.9-1. bu Məcəllənin 131-1.1-ci maddəsində nəzərdə tutulmuş maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməli və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməli olan miqdarı, saxlanılan nümunənin miqdarı, həmin maddələrin növü və digər xüsusi əlamətləri, ekspertin təqdim edilmiş maddələrin tibbi məqsədlərlə istifadə olunub-oluna bilməməsinə dair rəyi;”;

1.3.5. 446.2.10-cu maddəyə “tətbiq edilməsinin” sözlərindən sonra “, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsinin və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsinin” sözləri əlavə edilsin;

1.3.6. 446.3-cü maddəyə “tətbiq edilməsi,” sözlərindən sonra “maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi” sözləri əlavə edilsin;

1.4. 447-ci maddə üzrə:

1.4.1. maddənin adına və 447.1-ci maddəyə “tətbiq edilməsi” sözlərindən sonra “, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi” sözləri əlavə edilsin;

1.4.2. aşağıdakı məzmunda 447.4-1-ci maddə əlavə edilsin:

“447.4-1. Maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi məsələləri üzrə qapalı məhkəmə iclasında hakim, məhkəmə iclasının katibi, vəsatət vermiş şəxs, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya müvafiq prokuror, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə hakimin zəruri hesab etdiyi digər şəxslər iştirak edirlər.”;

1.4.3. 447.5-ci maddədə “və ya prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi məsələləri ilə bağlı məhkəmə iclasına ifadələr,” sözləri “, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi məsələləri ilə bağlı məhkəmə iclasına” sözləri ilə əvəz edilsin;

1.4.4. 447.6-cı maddədə “447.3-cü maddəsində göstərilən şəxslərin istintaq hərəkətinin məcburi aparılması və ya prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi” sözləri “447.3-cü və ya 447.4-1-ci maddələrində göstərilən şəxslərin istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi” sözləri ilə əvəz edilsin;

1.4.5. 447.7-ci maddəyə “tətbiq edilməsi” sözlərindən sonra “, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi” sözləri əlavə edilsin;

1.5. 448-ci maddə üzrə:

1.5.1. maddənin adına, 448.1-ci və 448.1.1-ci maddələrə “tətbiq edilməsi” sözlərindən sonra “, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi” sözləri əlavə edilsin;

1.5.2. 448.1.2-ci və 448.4-cü maddələrə “tətbiq edilməsinə” sözlərindən sonra “, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsinə və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsinə” sözləri əlavə edilsin;

1.5.3. aşağıdakı məzmunda 448.4-1-ci və 448.6-1-ci maddələr əlavə edilsin:

“448.4-1. Hakim maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi məsələlərinə dair vəsatətin təmin edilməsi barədə qərar qəbul etdikdə, qərarda həmin maddələrin məhv edilməli və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməli olduğunu qeyd etməlidir.”;

“448.6-1. Maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi məsələsi ilə bağlı hakimin qərarının surəti həmin qərar çıxarıldıqdan sonra 3 (üç) gündən gec olmayaraq vəsatəti vermiş şəxsə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, təqsirləndirilən şəxsə, onun müdafiəçisinə və ya qanuni nümayəndəsinə, vəsatət təmin edildikdə isə həmçinin maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsini və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsini icra etməli olan müvafiq dövlət orqanının (qurumunun) rəhbərinə göndərilir.”;

1.6. 449.3.6-cı və 454-cü maddələrə “tətbiq edilməsi” sözlərindən sonra “, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi” sözləri əlavə edilsin.

Maddə 2. Bu Qanun narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin xüsusilə külli miqdarını müəyyən edən müvafiq qanunla eyni gündə qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 aprel 2022-ci il

19 May 2022, 07:05

http://www.azertag.az

301—310 / 10511

21 Dekabr 2022, 08:12

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarının tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Dekabr 2022, 08:12

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1519 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Dekabr 2022, 08:12

Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

21 Dekabr 2022, 08:12

İnvestisiya təşviqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər, Azərbaycan Respublikası Prezidentinin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli, “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 797 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2016-cı il 20 aprel tarixli 877 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Dekabr 2022, 08:12

Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

21 Dekabr 2022, 08:12

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

21 Dekabr 2022, 08:12

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

19 Dekabr 2022, 14:12

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

17 Dekabr 2022, 10:12

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

17 Dekabr 2022, 10:12

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...