Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında Xızı rayonunda nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində bir sıra mühüm əhəmiyyətli sosial məsələlər öz həllini tapmış, təhsil, səhiyyə, mədəniyyət obyektləri, inzibati binalar inşa edilmiş, iri infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən yol təsərrüfatının yenidən qurulması, suvarma sistemlərinin yaradılması istiqamətində müəyyən işlər görülmüş, sahibkarlığın inkişafına güclü təkan verilmiş, yeni iş yerləri açılmışdır.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Xızı rayonu üzrə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən Xızı şəhər tam orta məktəbin yeni binasının tikintisi məqsədi ilə Xızı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 iyul 2014-cü il.

24 İyul 2014, 09:07

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...