Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.3-cü yarımbəndində nəzərdə tutulmuş 5,0 (beş) milyon manat bu Sərəncama əlavəyə uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncama əlavədə nəzərdə tutulmuş bölgüyə uyğun olaraq maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2022-ci il
Azərbaycan Respublikası Prezidentinin
2022-ci il 16 may tarixli
Sərəncamına əlavə
Azərbaycan Respublikasının ərazisində quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı
Sıra №-si |
Tədbirin adı |
Ayrılan vəsait (min manatla) |
İcra müddəti |
1. |
Astara rayonunun Diqo kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
285,0 |
2022 |
2. |
Bərdə rayonunun Qaratəpə kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması |
207,0 |
2022 |
3. |
Biləsuvar rayonunun Əmənkənd kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
285,0 |
2022 |
4. |
Cəlilabad rayonunun Vənlik kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
354,0 |
2022 |
5. |
Cəlilabad rayonunun Söyüdlü kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
382,0 |
2022 |
6. |
Cəlilabad rayonunun Həsənli kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
354,0 |
2022 |
7. |
Xaçmaz rayonunun Mollabürhanlı kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
382,0 |
2022 |
8. |
İsmayıllı rayonunun Çəmənli kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
354,0 |
2022 |
9. |
İsmayıllı rayonunun Zərnava kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması |
354,0 |
2022 |
10. |
Quba rayonunun Qələdüz kəndində 132 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
424,0 |
2022 |
11. |
Lerik rayonunun Kəlvəz kəndində 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması |
285,0 |
2022 |
12. |
Lerik rayonunun Anburdərə kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
285,0 |
2022 |
13. |
Neftçala rayonunun F.Mayılov adına Şorkənd kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
382,0 |
2022 |
14. |
Sabirabad rayonunun Güdəcühür kəndində 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması |
285,0 |
2022 |
15. |
Şamaxı rayonunun Çöl Göylər kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması |
382,0 |
2022 |
|
Cəmi: |
5.000,0 |
|
19 Noyabr 2013, 09:11
“Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə ətraflı...
19 Noyabr 2013, 09:11
“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası)–“Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil... ətraflı...
19 Noyabr 2013, 09:11
“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
19 Noyabr 2013, 09:11
“2015-ci ilədək humanitar sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əməkdaşlıq Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
13 Noyabr 2013, 09:11
2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin 95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasında məşvərətçi səs ... ətraflı...
13 Noyabr 2013, 09:11
Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Cavad oğlu Əhmədovun səlahiyyətlərinə xitam verilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
13 Noyabr 2013, 09:11
Mərkəzi Seçki Komissiyasının 16 oktyabr və 17 oktyabr 2013-cü il tarixli iclas protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
13 Noyabr 2013, 09:11
14 saylı Xəzər seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
13 Noyabr 2013, 09:11
Abdullah Gülün “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 Oktyabr 2013, 08:10
Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında ətraflı...