“Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 186; 2016, № 5, maddə 927, № 9, maddə 1464; 2017, № 3, maddə 353; 2018, № 6, maddə 1297; 2019, № 3, maddə 448) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”ın 100-cü bəndinin dördüncü abzasının birinci cümləsindən “Ticarət Nazirliyinin, Təhsil Nazirliyinin,” və “Dövlət Torpaq Komitəsinin,” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 may 2022-ci il
13 May 2022, 15:052 Sentyabr 2016, 09:09
Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında ətraflı...
2 Sentyabr 2016, 09:09
Azərbaycan Milli Olimpiya komandası üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında ətraflı...
2 Sentyabr 2016, 09:09
R.V.İsaevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında ətraflı...
1 Sentyabr 2016, 09:09
Azərbaycan Respublikasının hüdudlarından kənarda səsvermə təşkil edildiyi hallarda səsvermə hüququna malik şəxsləri seçici siyahılarına daxil etməli olan seçki dairələrinin müəyyən edilməsinə dair ətraflı...
1 Sentyabr 2016, 09:09
Mərkəzi Seçki Komissiyasının 27 avqust 2016-cı il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
31 Avqust 2016, 10:08
Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında ətraflı...
31 Avqust 2016, 09:08
42-ci Ümumdünya Şahmat Olimpiadasının iştirakçılarına ətraflı...
31 Avqust 2016, 09:08
Şəki şəhərinin Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
30 Avqust 2016, 09:08
Lənkəran şəhərinin Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
29 Avqust 2016, 09:08
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...