Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, №11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007, № 2, maddələr 65, 68, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008, № 6, maddə 462, № 7, maddələr 606, 607, № 12, maddələr 1045, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, № 7, maddə 593, № 12, maddə 1058; 2011, № 6, maddə 480, № 7, maddələr 589, 599; 2012, № 7, maddə 674, № 11, maddə 1062, № 12, maddə 1215; 2013, № 2, maddə 77, № 6, maddələr 616, 626, № 7, maddə 786, № 11, maddə 1265, № 12, maddə 1493; 2014, № 2, maddələr 90, 102, № 4, maddələr 328, 344, № 6, maddə 600, № 11, maddələr 1354, 1362; 2015, № 4, maddə 342, № 5, maddə 511, №11, maddələr 1270, 1288; 2016, № 2 (II kitab), maddə 218, № 10, maddə 1607, № 12, maddələr 2020, 2031, 2034, 2039; 2017, № 5, maddə 751, № 12 (I kitab), maddələr 2232, 2267; 2018, № 5, maddələr 877, 882, № 7 (I kitab), maddə 1421, № 11, maddə 2235, №12 (I kitab), maddə 2515; 2019, № 7, maddələr 1198, 1200, № 12, maddə 1898; 2020, № 6, maddə 675, № 7, maddələr 832, 852, 856; 2021, № 6 (I kitab), maddə 541, № 7, maddə 711) 51-1.1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
“51-1.1. Elektron qaydada məhkəmə icraatı, həmçinin məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmələrdə aparılan icraat bu Məcəllə ilə müəyyən edilmiş prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə aparılır. Cinayət prosesini həyata keçirən digər orqanların informasiya sistemləri prosessual sənədlərin və digər materialların bu Məcəllə ilə müəyyən edilmiş prosessual qaydalara uyğun olaraq məhkəmələrlə elektron qaydada mübadilə edilməsi üçün “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya olunur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2022-ci il
13 May 2022, 15:0510 Dekabr 2014, 09:12
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə"də dəyişikliklər edilməsi barədə ətraflı...
10 Dekabr 2014, 09:12
Balakən rayonunun Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
9 Dekabr 2014, 09:12
Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
8 Dekabr 2014, 09:12
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
8 Dekabr 2014, 09:12
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 04 dekabr 2014-cü il tarixli 16 saylı müraciətə baxılmasına dair ətraflı...
8 Dekabr 2014, 09:12
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 dekabr 2014-cü il tarixli 17 saylı müraciətə baxılmasına dair ətraflı...
8 Dekabr 2014, 09:12
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərindəəraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələrə keçirilən seçkilərin yekunlarının müəyyən olunmasına dair ətraflı...
8 Dekabr 2014, 09:12
Mərkəzi Seçki Komissiyasının 26 noyabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
8 Dekabr 2014, 09:12
Finlandiya Respublikasının Prezidenti Zati-aliləri cənab Sauli Niinistöyə ətraflı...
8 Dekabr 2014, 09:12
Qazax rayonunun Qazax-Quşçu Ayrım avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...