“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036; 2017, № 4, maddə 520, № 5, maddə 743; 2018, № 6, maddə 1187; 2019, № 1, maddə 28, № 5, maddə 797, № 6, maddə 986, № 8, maddə 1360, № 11, maddə 1692, № 12, maddə 1903; 2020, № 6, maddə 662; 2021, № 6 (I kitab), maddə 551, № 7, maddə 701, № 12, maddələr 1315, 1329, 1339) 2 nömrəli əlavəsinin 5-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
5. |
Audiovizual media fəaliyyəti: |
5.1. |
ümumölkə yerüstü televiziya yayımçısı |
5.2. |
ümumölkə yerüstü radio yayımçısı |
5.3. |
regional yerüstü televiziya yayımçısı |
5.4. |
regional yerüstü radio yayımçısı |
5.5. |
peyk yayımı həyata keçirən platforma yayımçısı |
5.6. |
peyk yayımı həyata keçirməyən platforma yayımçısı |
5.7. |
sifarişli yayım xidməti provayderi |
5.8. |
sadə platforma operatoru |
5.9. |
universal platforma operatoru |
5.10. |
multipleks operatoru |
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2022-ci il
6 May 2022, 15:0520 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında ətraflı...
17 Oktyabr 2014, 09:10
“Bakı-Tbilisi-Qars dəmir yolu xətti – İpək Yolu dəhlizinin inkişafında yeni imkanlar” Beynəlxalq Konfransının iştirakçılarına ətraflı...
16 Oktyabr 2014, 09:10
Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında ətraflı...
15 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI ətraflı...
15 Oktyabr 2014, 09:10
“Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
14 Oktyabr 2014, 09:10
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti işçilərinin təltif edilməsi haqqında ətraflı...
14 Oktyabr 2014, 09:10
Mərkəzi Seçki Komissiyasının 29 may 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
14 Oktyabr 2014, 09:10
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
14 Oktyabr 2014, 09:10
M.Ə. Məmmədyarovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
14 Oktyabr 2014, 09:10
“Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair ətraflı...